CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib

© Sputnik / Murad OrujovSputnik V peyvəndi Bakıya gətrilib
Sputnik V peyvəndi Bakıya gətrilib - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə mayın 18-dən başlanılıb. İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.

BAKI, 10 iyun — Sputnik. Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə isə indiyədək 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.

Qeyd edək ki, Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə mayın 18-dən başlanılıb. İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 doza “Sputnik V” dərman vasitəsi Azərbaycana gətiriləcək. İlk partiya 40 min doza vaksin isə mayın 2-də Azərbaycana gətirilmişdi.

Azərbaycanda vaksinasiya

Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya 2021-ci il yanvarın 18-də start verilib. İlk olaraq tibb işçiləri, daha sonra 65 yaşdan yuxarı vətəndaşlar, onların ardınca isə 50 yaşdan yuxarı şəxslər peyvəndləniblər. Martın 22-dən 40 yaşdan, mayın 10-dan isə 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Vaksinasiya Çinin Sinovac şirkətinin CoronaVac peyvəndi ilə başlayıb, mayın 1-dən 60 yaşdan yuxarı vətəndaşlar, Bakı, Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron rayonlarının və Sumqayıt şəhərinin sakinləri istədikləri halda Vaxzevria preparatı (AstraZeneca şirkətinin istehsalı) ilə peyvəndlənə bilərlər. Mayın 18-dən Rusiyanın "Sputnik V" peyvəndi də bu siyahıya əlavə edilib. İyunun 7-dən isə Pfizer vaksini ilə peyvəndlənmə başlayıb.

"Sputnik V" haqqında bir neçə kəlmə

"Sputnik V" dünyada ilk qeydiyyata alınmış COVID-19 infeksiyasına qarşı vaksindir. Peyvəndi Rusiyanın Qamaleya adına Milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzi tərəfindən hazırlanıb.

Bu ilin fevralında The Lancet jurnalında kliniki tədqiqatların üçüncü fazasının aralıq nəticələri dərc edilib. Həmin vaxt bu preparat 91,6% həndəvərində effektivlik göstərib.

Tədqiqatçıların qiymətləndirmələrinə əsasən, "Sputnik V" faktiki olaraq yeni növ koronavirusun orta və ağır dərəcəsinə qarşı 100% effektivdir.

Eləcə də oxuyun:

Xəbər lenti
0