22:12 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232

Vaksinasiya prosesi epidemioloji vəziyyətə təsir edə biləcəkmi?- həkim şərhi

RADİO
Qısa URL
30 0 0

Həkim Ümüd Səlimzadə deyir ki, proses bu sürətlə davam edərsə, ayda 1.2 milyon, avqustun sonuna kimi isə 3.6 milyon peyvəndlənmə görə bilərik

 

Ümüd Səlimzadə: “Bizi çox da sərt olmayan payız gözləyə bilər”

“Peyvəndlənmə prosesi bu sürətlə davam edərsə, epidemioloji vəziyyət payızda sərt olmayacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABR24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

O bildirib ki, mayın 25-dən sonra vaksinasiya prosesi sürətlənib: “Prosesin sürətlənməsinə səbəb də COVİD pasportları məsələsinin gündəmə gəlməsidir. Sözügedən tarixdən etibarən gündəlik 40-60 min insanın peyvəndlənməsi baş tutur. Proses bu sürətlə davam edərsə, ayda 1.2 milyon, avqustun sonuna kimi isə 3.6 milyon peyvəndlənmə görə bilərik. Bizim 7 milyon əhalinin peyvəndlənməsinə ehtiyacımız var. Artıq 3 milyon insan peyvəndlənib və 3.6 milyon insan da yayın sonuna kimi peyvəndlənsə, bizi çox da sərt olmayan payız gözləyə bilər”.

Ümüd Səlimzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular