SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan sərhəd problemini güc yolu ilə həll etməkdən dəm vurur

© AP Photo / Sergei GritsАвтомат Калашникова, фото из архива
Автомат Калашникова, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Abunə olmaq
KTMT baş katibi ilə görüşən Ermənistanın yeni müdafiə naziri sərhəd probleminin güc yolu ilə həllindən danışıb, üstəlik, təşkilata sədrliyə başlayarkən müəyyən dəyişikliklər edəcəkləri barədə də eyham vurub.
BAKI, 9 avqust – Spiutnik. Ermənistanın müdafiə naziri Arşak Karapetyan bazar ertəsi, avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə birldirib ki, əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, “Yerevan güc tətbiq etmək hüququnu özündə saxlayır”.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Yerevanda baş tutan görüşdə Karapetyan deyib ki, erməni tərəfi KTMT sədrinin səfərini hələ bu ilin mayında, Ermənistan üçün kifayət qədər gərgin bir vaxtda”, gözləyirmiş, “ancaq təəssüf ki, səfər baş tutmayıb”. Erməni nazir bildirib ki, hazırda sərhəddə stabil ağır vəziyyət davam edir.
Karapetyan Zasa sülh tərəfdarı olduqlarını deyib: “İstənilən halda sərhədlərimizdə gərginlik istəmirik. Eyni zamanda Ermənistanın dövlət sərhədinin pozulması ilə barışa bilmərik. Biz öz ərazilərimizi qətiyyətlə qoruyacağıq. Əlbəttə, situasiyanı sülh yolu ilə həll etməyə cəhd edirik, sülhsevərliyimizi göstəririk. Eyni zamanda bizim səbrimizin də həddi var. Bizim sərhədlərdə şəraitin sülh yolu ilə həll olunmadığı təqdirdə biz məsələni güc tətbiq etmək yolu ilə həll etmək hüququnu özümüzdə saxlayırıq”.
Erməni nazir KTMT-də “qərarların qəbul olunması və böhranlı vəziyyətlərə reaksiya mexanizminin operativ şəraitin inkişafının müasir tələblərinə cavab verməməsindən” şikayətlənib. O, həmçinin baş katibi Ermənistanın KTMT-də sədrliyinə dair konseptual yanaşmalar barədə məlumatlandırıb və vurğulayıb ki, erməni tərəfinin prioriteti təşkilatın təkmilləşdirilməsi və effektivliyinin artırılması olacaq.
K.Zas isə öz növbəsində Ermənistanın müdafiə nazirinə bildirib ki, sentyabrın 15-də Düşənbədə KTMT-nin Təhlükəsizlik Şurasının katiblər komitəsi, müdafiə nazirləri, xarici işlər nazirləri şurasının birgə iclasları olacaq, sentyabrın 16-na isə Kollektiv Təhlükəsizlik Şurasının sessiyası planlaşdırılır, onun gedişində təşkilata rəhbərlik Ermənistana keçəcək.

Azərbaycan-Ermənistan sərhədində gərginlik

2021-ci ilin may ayından etibarən iki ölkənin dövlət sərhədində vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri dəfələrlə atəşkəsi pozaraq, Azərbaycanın Naxçıvanda, Gədəbəydə, Kəlbəcərdə, Tovuzda, Daşkəsəndə yerləşən mövqelərini  müxtəlif silahlardan atəşə tutub.
Avqustun 5-i, cümə axşamına olan məlumata görə, avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfindən atəşkəsin pozulması avqustun 6-sı, 7-si, 8-i və 9-u da müntəzəm olaraq davam edib
Eləcə də oxuyun:
Azərbaycanın KTMT-ya üzvlüyü ilə bağlı Moskvadan açıqlama
Moskva: Rusiya öz hərbçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz
Bakı Yerevanın daha bir yalanını təkzib edir
Xəbər lenti
0