19:56 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
SİYASƏT
Qısa URL
3059

Azərbaycan-Ermənistan sərhədində erməni hərbçilərin dəfələrlə təkrarladığı diversiya cəhdlər onlara qarşı hansı addımlar atıla biləcəyi sualını qabardır. Azərbaycanın mümkün cavab tədbirlərini Sputnik Azərbaycan-ın müxbiri Elvin Səlimov araşdırıb.   

BAKI, 9 iyun — Sputnik. Azərbaycan-Ermənistan hərbçiləri arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesində yaşanan xırda toqquşmalar, eyni zamanda Ermənistan hərbçilərinin Azərbaycan ərazisində diversiya cəhdləri bölgədəki vəziyyəti gərgin olaraq saxlayır. Sputnik Azərbaycan erməni diversiya cəhdlərinin qarşısının alınmasında Azərbaycan tərəfinin ata biləcəyi mümkün addımları barədə Milli Məclisin deputatı Arzu Nağıyev, hərbi ekspert Ədalət Verdiyev, politoloq Elşən Manafovun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Ermənistanda seçki öncəsi vəziyyətdən istifadə edən nəzarətsiz qruplar Azərbaycanla sərhəddə təxribat, diversiya fəaliyyəti ilə məşğul olurlar.

Millət vəkili düşünür ki, həmin qüvvələr sərhədlərin demarkasiya və delimitasiyası məsələlərinin başa çatmamasından istifadə edərək bu addımları atırlar:

“Son vaxtlar baş verənlər də göstərir ki, ermənilər öz xislətlərindən əl çəkmək niyyətində deyillər. Azərbaycan öz ərazilərində antiterror əməliyyatları həyata keçirmək səlahiyyətlərini özündə saxlayır. Ona görə də Azərbaycan istənilən an öz ərazi bütövlüyünü qorumaq və ola biləcək hər hansı təxribatın qarşısını almaq üçün antiterror əməliyyatlarına başlaya bilər”.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Ermənistan tərəfindən edilən diversiya cəhdləri qəbul edilmiş 2020-ci il noyabr və 2021-ci ilin yanvar bəyanatlarının şərtlərindən imtina etmək anlamı daşıyır və Azərbaycan bu bəyanatlarda öhdəsinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini dayandıra bilər.

Ekspert qeyd edib ki, Ermənistan addımları ilə Azərbaycanı növbəti hərbi əməliyyatlara, ən azından isə Laçın dəhlizini bağlamağa təhrik edir: “Azərbaycan bütün zəruri addımları atır və bundan sonra da atacaq. Amma düşünürəm ki, burada ermənilər üçün həyati əhəmiyyət daşıyan Laçın dəhlizinin bağlanması daha aktualdır”.

Ədalət Verdiyev bildirib ki, Azərbaycan Laçın dəhlizinin açılmasına eyni şərtlərlə Zəngəzur dəhlizinin açılması müqabilində razılıq verib:

“Azərbaycan tərəfi atəşkəsdən dörd gün sonra Laçın dəhlizinin fəaliyyətini təmin etsə də, ermənilər tərəfindən hər hansı müsbət addım atılmayıb. Ermənistan tərəfinin bəyanatdan irəli gələn məsələlərin həllində adekvat olmayan davranışları, eyni zamanda Paşinyanın Fransa səfərindən sonrakı bəyanatları Azərbaycanı xəbərdarlıq addımları atmağa sövq edir”.

Politoloq Elşən Manafovun son proseslərlə bağlı mövqeyi isə bundan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn ərazi bütövlüyü və təhlükəsizliyin təmin edilməsi müddəalarını əsas tutaraq növbəti addımlar ata bilər:

“Azərbaycan Ermənistana təzyiqləri artırmaq üçün Rusiya ilə ikitərəfli münasibətləri genişləndirməlidir. Ən azından iki ölkə arasında baş verənlərin nizama salınmasında rəsmi Moskva moderator rolunu oynayır. Bu gün Ermənistanın diversiya cəhdləri hər kəsə bəllidir. O da bəllidir ki, bu məğlub ölkə bundan sonra Azərbaycana qarşı hər hansı genişmiqyaslı hərbi əməliyyatlar aparmaq gücündə deyil”.

Politoloq vurğulayıb ki, dəmir yumruq siyasəti ilə aparılan müharibədən sonra Emrənistan iflic vəziyyətə salınıb. Bu ölkənin yenidən özünə gəlməsi üçün illər lazımdır: “Ermənistandan fərqli olaraq Azərbaycan aparılan islahatlar və iqtisadi imkanların hesabına hərbi və digər sahələrdə modernləşmə siyasətini gerçəkləşdirir. Diplomatiyamız da buna uyğun olaraq hücum strategiyasını həyata keçirməlidir. Xüsusən də Ermənistana havadarlıq edən və ona beynəlxalq hüquqa sığmayan dəstəklər verən dövlətləri bu fəaliyyətlərindən çəkindirmək lazımdır”.

Eləcə də oxuyun:

Teqlər:
şərh, ekspert, erməni təxribatı, diversiya, Azərbaycan, Qarabağ

Əsas mövzular