04:20 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
QARABAĞ
Qısa URL
597

"Bizim dünya siyasətində natamamlıq kompleksimiz yoxdur. Biz həmişə ehtiyacı olanlara yardım etməyə hazırıq" - Rusiya XİN rəhbəri.

BAKI, 9 iyun — Sputnik. Biz Suriyada işləyirik, Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edirik. Sputnik Azərbaycan "Ria Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O bildirib ki, Rusiya həmişə ehtiyacı olan ölkələrə yardım etməyə hazırdır və bunu dünya siyasətində özünü təsdiqləmək üçün etmir.

"Bizim dünya siyasətində natamamlıq kompleksimiz yoxdur. Biz həmişə ehtiyacı olanlara yardım etməyə hazırıq. Bu bizim tarixi missiyamızdır, bu, tariximizin köklərinə əsaslanır", - deyə Lavrov qeyd edib.

O vurğulayıb ki, Rusiya beynəlxalq münaqişələrin həllinə aktiv şəkildə yardım etməyə hazırdır: "Biz Suriyada işləyirik, Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edirik, Əfqanıstanda, Liviyada, İran ətrafında, Koreya yarımadasında və müxtəlif qaynar nöqtələrdə nizamlanma üzrə beynəlxalq səylərə aktiv şəkildə yardım edirik".

Lavrov qeyd edib ki, Rusiya sülhməramlıların yerləşdirildiyi ərazilərdə böyük insidentlər ümumiyyətlə baş verməyib:

"Hazırda bizim sülhməramlılar öz mandatını yerinə yetirir, hər hansı böyük insidentlər ümumiyyətlə olmur – bunu həm Bakıda, həm də Yerevanda etiraf edirlər. Ayrı-ayrı xırda narahatlıqlar qeydə alınır. Bəli, Azərbaycan – Ermənistan sərhədinin ayrı-ayrı hissələrində gərginlik var, lakin bunun Dağlıq Qarabağa aidliyi yoxdur".

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun:

Teqlər:
çıxış, Sergey Lavrov, Rusiya, Azərbaycan, Qarabağ

Əsas mövzular