BAKI, 4 iyun — Sputnik. "İkisi jurnalist olmaqla, üç Azərbaycan vətəndaşının Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olması xəbərini öyrənəndə dərindən təəssüfləndim". Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
"Biz Ermənistanı mina xəritələrini verməyə çağırırıq. Onlar hər gün bu tələbi rədd edirlər. Daha çox həyat təhlükə altındadır!" - deyə Azərbaycan XİN rəhbəri qeyd edib.
Deeply saddened to learn that 3 Azerbaijani civilians, including 2 journalists have been killed in a landmine blast in #Kalbajar district of #Azerbaijan.
— Jeyhun Bayramov (@bayramov_jeyhun) June 4, 2021
We call on #Armenia to hand over minefield maps. Every day they continue to refuse this request, more lives are endangered!
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KamAZ" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.
AzTV artıq avtomobilin partladığı yerdən kadrları, habelə həlak olan jurnalistlərin - Məhərrəm İbrahimov və Sirac Abışovun son müsahibələrini dərc edib.
Eləcə də oxuyun:
-
Azərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb
-
Sputnik Azərbaycan bu gün Qarabağda həlak olan jurnalistləri necə xatırlayır
-
Qarabağda ölmək şərəfdir: Jurnalistlər minaya düşərək həlak olan həmkarları barədə
-
Baş prokurordan Kəlbəcərdə minaya düşənlərlə bağlı beynəlxalq təşkilatlara müraciət