12:43 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SİYASƏT
Qısa URL
59

Azərbaycanlı analitiklər belə hesab edirlər ki, qurumun gündəliyindəki əsas məsələ Azərbaycan- Ermənistan sərhədindəki vəziyyət olacaq. Onların fikrincə, Bakı ilə İrəvan arasındakı danışıqların gedişi müəyyən dərəcədə bu görüşdən asılıdır.

BAKI, 19 may — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Sünik bölgəsindəki vəziyyətlə bağlı Ermənistanın tələbini müzakirə edib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.

"Qeyd etmək istərdim ki, dünən KTMT xarici işlər nazirlərinin işinə qeyri-formal rejimdə başladıq", – deyə Lavrov çərşənbə günü Düşənbədə tacikistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Dünən axşam keçirilən iclas zamanı erməni həmkarlarımızın xahişini nəzərdən keçirdik. Bu tələbə uyğun olaraq İrəvan və Bakı arasındakı münasibətlərlə bağlı vəziyyəti müzakirə etdik", – deyə Lavrov əlavə edib.

Qeyd edək ki, bu gün Tacikistanın paytaxtı Düşənbədə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, tədbirdə təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi, eləcə də KTMT çərçivəsində çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirməsi məsələləri müzakirə olunacaq.

Azərbaycanlı analitiklər isə belə hesab edirlər ki, qurumun gündəliyindəki əsas məsələ Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət olacaq. Onların fikrincə, Bakı ilə İrəvan arasındakı danışıqların gedişi müəyyən dərəcədə bu görüşdən asılıdır.

Azərbaycan XİN-in məlumatına görə, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.

12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılıb və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılıb.

Eləcə də ocuyun: 

Azərbaycanda keçirilən hərbi təlimlərin sərhəd mübahisələri ilə əlaqəsi varmı?

* "ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidir"

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışdırılmasına ehtiyac yoxdur"

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

* Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

Qaragöldə nə baş verir? Ermənistan mətbuatı ultimatumdan dəm vurur

Azərbaycana aid digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalında rus dilində oxuyun.

Teqlər:
Serqey Lavrov, Zəngəzur, Azərbaycan, Ermənistan, iclas, KTMT, Düşənbə

Əsas mövzular