CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidМинистр иностранных дел Азербайджана Джейхун Байрамов принимает участие в заседании Совета министров иностранных дел стран Содружества Независимых Государств в широком составе
Министр иностранных дел Азербайджана Джейхун Байрамов принимает участие в заседании Совета министров иностранных дел стран Содружества Независимых Государств в широком составе - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Nazir Ceyhun Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

BAKI, 17 may - Sputnik. Qarşı tərəfin təşəbbüsü ilə mayın 16-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov uzun müddətdən sonra Ermənistan ilə sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi, bu xüsusda Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyi, tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəflə danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib.

Nazir Ceyhun Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

Nazirlər, həmçinin münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar.

Eləcə də oxuyun:

*Azərbaycan Ordusu Ermənistanla sərhəddə təlimlərə başlayır

Azərbaycan XİN sərhəddəki vəziyyətə aydınlıq gətirdi

Ceyhun Bayramov Yerevanın sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciətinə cavab verdi

 

 

Xəbər lenti
0