18:13 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
  • Bu il tam vaksin olunmuş 60 min zəvvar həcc ziyarətini yerinə yetirə biləcək.
  • Müsəlman zəvvar Ərafat düzündə dua edir
  • Müsəlman zəvvar Həcc ziyarətində dua oxyur
  • Məkkədə göyərçin
  • Müsəlman zəvvar Ərafat düzündə dua edir
© AFP 2021
Müsəlman zəvvarlar Həcc ziyarətində.

Builki həcc ziyarəti də koronavirus pandemiyasına görə məhdudiyyətlərlə həyata keçirilir. Məkkədən görüntülərlə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiniz.

Müqəddəs Məkkə şəhərində ziyarətçilərin həcc ayinləri başlayıb.

Sputnik Azərbaycan AFP-yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı koronavirus pandemiyası səbəbindən artıq ikinci ildir ki, həcc ziyarətini sərt məhdudiyyət şərtlərilə təşkil edir.

Bu il tam vaksin olunmuş 60 min zəvvar həcc ziyarətini yerinə yetirə biləcək. Məhdudiyyətlərə qədər isə hər il 2.5 milyon müsəlman islamın beş vacib əməlindən biri olan həcc ziyarətini gerçəkləşdirə bilirdi.

Şənbə günündən etibarən ziyatəçi qrupları Kəbə ətrafında təvaf edir, bundan sonra onlar Mina vadisinə gedərək gecəni orada keçirəcəklər.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarəti üzrə nazir müavini Əbdülfəttah bin-Süleyman Maşatın sözlərinə görə, Minaya artıq 46 min zəvvar gəlib. O, həmçinin qeyd edib ki, bu il zəvvarların 40 faizini qadınlar təşkil edirlər.

“İctimai səhiyyə briqadaları Məkkəyə gəlmiş zəvvarların səhhətini daimi olaraq müşahidə edirlər”, - Səhiyə Nazirliyinin həcc və ümrə bölməsinin direktoru Sari Asiri deyib.

Onun sözlərinə görə, yoluxmuş insanlar dərhal təcrid ediləcəklər.

Zəvvarlar bazar ertəsi Ərəfat dağına qalxacaqlar. Onlar saatlarla dua edərək, Quran oxuyacaqlar.

Növbəti gün isə “şeytanı daşlama” mərasimi keçiriləcək.

Həcc Nazirliyinin məlumatına görə, zəvvarlar 558000 nəfər arasından onlayn seçilib, seçimə isə 18-65 yaş arası tam vaksin olunmuş, xroniki xəstəliklərdən əziyyət çəkməyən insanlar qatılıblar.

İndiyədək Səudiyyə Ərəbistanında 507 min COVID-19-a yoluxma halı qeydə alınıb, xəstələnənlərin 8000-dən çoxu vəfat edib. 34 milyon insanın yaşadığı ölkəyə 20 milyon dozadan artıq vaksin gətirilib.

Həcdə insanların sıx toplaşması səbəbindən yoluxma qəfil arta bilər, ancaq Həcc Nazirliyindən bildirilib ki, onlar ən yüksək təhlükəsizlik tədbirləri görüblər.

Eləcə də oxuyun: 

Teqlər:
Kəbə, Məkkə, Həcc ziyarəti, zəvvar, Səudiyyə Ərəbistan, məhdudiyyət, COVID-19, Koronavirus, pandemiya

Digər fotolentlər

Əsas mövzular