CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdə müqəddəs yerlərə mütəşəkkil ziyarətləri dini mərkəzlər təşkil edəcək

© AFP 2023 / STRМусульманские паломники вокруг Каабы, фото из архива
Мусульманские паломники вокруг Каабы, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliyə görə, kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna "Kütləvi dini ibadət, ayin və mərasimlər" adlı yeni 6-1-ci maddə əlavə edilir.

Həmin əlavəyə görə, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçiriləcək və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0