FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünya müsəlmanlarının həcc ziyarətindən maraqlı görüntülər

Abunə olmaq
Builki həcc ziyarəti də koronavirus pandemiyasına görə məhdudiyyətlərlə həyata keçirilir. Məkkədən görüntülərlə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiniz.

Müqəddəs Məkkə şəhərində ziyarətçilərin həcc ayinləri başlayıb.

Sputnik Azərbaycan AFP-yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı koronavirus pandemiyası səbəbindən artıq ikinci ildir ki, həcc ziyarətini sərt məhdudiyyət şərtlərilə təşkil edir.

Bu il tam vaksin olunmuş 60 min zəvvar həcc ziyarətini yerinə yetirə biləcək. Məhdudiyyətlərə qədər isə hər il 2.5 milyon müsəlman islamın beş vacib əməlindən biri olan həcc ziyarətini gerçəkləşdirə bilirdi.

Şənbə günündən etibarən ziyatəçi qrupları Kəbə ətrafında təvaf edir, bundan sonra onlar Mina vadisinə gedərək gecəni orada keçirəcəklər.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarəti üzrə nazir müavini Əbdülfəttah bin-Süleyman Maşatın sözlərinə görə, Minaya artıq 46 min zəvvar gəlib. O, həmçinin qeyd edib ki, bu il zəvvarların 40 faizini qadınlar təşkil edirlər.

“İctimai səhiyyə briqadaları Məkkəyə gəlmiş zəvvarların səhhətini daimi olaraq müşahidə edirlər”, - Səhiyə Nazirliyinin həcc və ümrə bölməsinin direktoru Sari Asiri deyib.

Onun sözlərinə görə, yoluxmuş insanlar dərhal təcrid ediləcəklər.

Zəvvarlar bazar ertəsi Ərəfat dağına qalxacaqlar. Onlar saatlarla dua edərək, Quran oxuyacaqlar.

Növbəti gün isə “şeytanı daşlama” mərasimi keçiriləcək.

Həcc Nazirliyinin məlumatına görə, zəvvarlar 558000 nəfər arasından onlayn seçilib, seçimə isə 18-65 yaş arası tam vaksin olunmuş, xroniki xəstəliklərdən əziyyət çəkməyən insanlar qatılıblar.

İndiyədək Səudiyyə Ərəbistanında 507 min COVID-19-a yoluxma halı qeydə alınıb, xəstələnənlərin 8000-dən çoxu vəfat edib. 34 milyon insanın yaşadığı ölkəyə 20 milyon dozadan artıq vaksin gətirilib.

Həcdə insanların sıx toplaşması səbəbindən yoluxma qəfil arta bilər, ancaq Həcc Nazirliyindən bildirilib ki, onlar ən yüksək təhlükəsizlik tədbirləri görüblər.

Eləcə də oxuyun: 

© AFP 2023 Müsəlman zəvvarlar Həcc ziyarətində.
Саудовская Аравия принимает сокращенный хадж  - Sputnik Azərbaycan
1/13
Müsəlman zəvvarlar Həcc ziyarətində.
© AFP 2023 / FAYEZ NURELDINEBu il tam vaksin olunmuş 60 min zəvvar həcc ziyarətini yerinə yetirə biləcək.
Мусульманские паломники вокруг Каабы, фото из архива  - Sputnik Azərbaycan
2/13
Bu il tam vaksin olunmuş 60 min zəvvar həcc ziyarətini yerinə yetirə biləcək.
© AFP 2023 / AHMED YOSRIMüsəlman zəvvar Ərafat düzündə dua edir.
Мусульманский паломник молится на равнине Арафат во время ежегодного паломничества хаджа - Sputnik Azərbaycan
3/13
Müsəlman zəvvar Ərafat düzündə dua edir.
© AP Photo / Amr NabilMüsəlman zəvvar Həcc ziyarətində dua oxyur.
Мусульманский паломник читает Коран недалеко от священного мусульманского города Мекка, Саудовская Аравия, - Sputnik Azərbaycan
4/13
Müsəlman zəvvar Həcc ziyarətində dua oxyur.
© AP Photo / Amr NabilMəkkədə göyərçin
Голубь на фоне Каабы в Мекке - Sputnik Azərbaycan
5/13
Məkkədə göyərçin
© REUTERS / Saudi Ministry of MediaHəcc ziyarətini sərt məhdudiyyət şərtlərilə təşkil edir.
Паломники на расстоянии во время Хаджа в Мекке  - Sputnik Azərbaycan
6/13
Həcc ziyarətini sərt məhdudiyyət şərtlərilə təşkil edir.
© AP Photo / Amr NabilMüsəlman zəvvar Ərafat düzündə dua edir.
Мусульманский паломник молится перед холмом, известным как Гора Милосердия, на равнине Арафат - Sputnik Azərbaycan
7/13
Müsəlman zəvvar Ərafat düzündə dua edir.
© REUTERS / Ahmed YosriZəvvar Ciddə hava limanında akvariumun şəkilini çəkir.
Паломник во врем фотографирования к аквариума в аэропорту в Джидде - Sputnik Azərbaycan
8/13
Zəvvar Ciddə hava limanında akvariumun şəkilini çəkir.
© REUTERS / Saudi Ministry of Media Müsəlman zəvvarlar Həcc ziyarətində.
Мужчина среди голубей в Мекке  - Sputnik Azərbaycan
9/13
Müsəlman zəvvarlar Həcc ziyarətində.
© REUTERS / Ahmed YosriBu il zəvvarların 40 faizini qadınlar təşkil edirlər.
Мусульманские паломники совершают таваф вокруг Каабы в Большой мечети в городе Мекка, Саудовская Аравия - Sputnik Azərbaycan
10/13
Bu il zəvvarların 40 faizini qadınlar təşkil edirlər.
© REUTERS / Ahmed Yosri Müsəlman zəvvar Ciddə şəhərində Kral Əbdüləziz Beynəlxalq Hava Limanında.
Мусульманский паломник в белой одежде прибывает в международный аэропорт имени короля Абдель Азиза в преддверии ежегодного паломничества хаджа в Джидде, Саудовская Аравия - Sputnik Azərbaycan
11/13
Müsəlman zəvvar Ciddə şəhərində Kral Əbdüləziz Beynəlxalq Hava Limanında.
© REUTERS / Ahmed YosriMəkkə şəhərində zəvvar çadırının ətrafını təmizləyir.
Паломник убирается возле своей палатки перед ежегодным паломничеством хадж в городе Мекка, Саудовская Аравия - Sputnik Azərbaycan
12/13
Məkkə şəhərində zəvvar çadırının ətrafını təmizləyir.
© REUTERS / Saudi Ministry of MediaKəbənin yanında qadın zəvvar.
Женщина-паломница жестом исполняет таваф вокруг Каабы в Большой мечети, Саудовская Аравия - Sputnik Azərbaycan
13/13
Kəbənin yanında qadın zəvvar.
Xəbər lenti
0