Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin şərtlərini açıqladı

© AFP 2024 / FETHI BELAIDМусульманские паломники в Каабе, фото из архива
Мусульманские паломники в Каабе, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
Bu tələblərin Ramazan ayında baş tutacaq Həcc ziyarəti üçün keçərli olub-olmadığı barədə isə hər hansı bir açıqlama verilməyib.

BAKI, 6 aprel — Sputnik. Səudiyyə Ərəbistanı Ramazan ayında Ümrə ibadəti üçün tələb olunan şərtləri açıqlayıb. Türkiyənin NTV kanalının xəbərinə görə, bu şərtlərə əsasən, yalnız aşağıdakı üç kateqoriyaya daxil olan şəxslərin Ümrə ibadətinə icazə veriləcək: bir doza koronavirus peyvəndi vurulmuş, iki doza koronavirus peyvəndi vurulmuş və COVID-19-a yoluxub sağalmış.

Açıqlamada bildirilir ki, yalnız yuxarıda qeyd olunan şəxslərin Məkkə şəhərindəki məsciddə namaz qılmasına icazə veriləcək. Bu tələblərin Mədinədəki "Məscidi-Nəbəvi"də keçərli olduğu qeyd edilib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən qərarın Ramazan ayından etibarən qüvvəyə minəcəyi bildirilsə də, nə vaxta qədər tətbiq olunacağı açıqlanmayıb. Nazirlikdən, həmçinin yuxarıda qeyd olunan tələblərin Ramazan ayında gerçəkləşən Həcc ziyarəti üçün də keçərli olub-olmadığı barədə hər hansı bir açıqlama verilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2020-ci ildə Həcc ziyarətinə 10 min müsəlmanın qatılmasına icazə vermişdi. Müqayisə üçün bildirək ki, 2019-cu ildə 2,5 milyon müsəlman müqəddəs məkanı ziyarət etmək imkanı əldə etmişdi.

 

Xəbər lenti
0