FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Hər şey necə başlayıb: "Formula-1" barədə tarixi faktlar

Abunə olmaq
İndiyə qədər "Formula-1" üzrə keçirilən dünya çempionatlarında 33 pilot qalib olub, Mixael Şumaxer və Luis Hamilton isə rekorda imza atıblar.

BAKI, 3 iyun — Sputnik. "Formula-1" üzrə ilk dünya çempionatı 1950-ci ildə keçirilib, ilk yürüş isə mayın 13-də Silverstoun şəhərində baş tutub. İlk yarışmanın qalibi "Alfa Romeo" avtomobilinin sükanı arxasında oturan Cüzeppe Farina olub. Onun azacıq geridə qoyduğu argentinalı rəqibi Xuan Manuel Fanxio isə bundan sonrakı 7 il ərzində beş dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İndiyə qədər "Formula-1" üzrə keçirilən dünya çempionatlarında 33 pilot qalib olub, Mixael Şumaxer və Luis Hamilton isə rekorda imza atıblar. Onların hər birinin hesabında yeddi titul var. Bundan əlavə, Hamilton podiumların sayına görə rekorda sahibdir.

1970-ci ildə ölümündən sonra ilk dəfə dünya çempionu adına avstriyalı pilot Yoxen Rindt layiq görülüb. Pilot Qran-pri zamanı qəzaya uğrayaraq həlak olub. Lakin çempionatın sonuna qədər heç kim onun göstəricisini təkrarlaya bilməyib.

Konstruktorlar kubokunda ən çox qələbə Ferrari komandasına aiddir. Komandanın hesabında 238 titul var. Bu siyahıda ikinci və üçüncü yerləri 182 qələbə ilə McLaren və 118 qələbə ilə Mercedes komandaları tutur.

"Formula-1" tarixində əfsanəvi pilotlardan biri braziliyalı Ayrton Sennadır. Pilot 1988, 1990 və 1991-ci illərdə dünya çempionu olub. Ümumilikdə "kral yürüşlərində" 10 il ərzində çıxışları zamanı pilot 41 yürüşün qalibi olub. Onun idman həyatında ən parlaq səhifə ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Alen Prostla rəqabət apardığı dövrə təsadüf edir. Senna 1994-cü ildə İmolada keçirilən San-Marino Qran-prisi zamanı qəzada həlak olub.

Avtomobil idmanı sahəsində ən məşhur şəxsiyyətlərdən biri Berni Eklstoundur. 40 il "Formula-1"-ə rəhbərlik edən Eklstoun bu yarışmanın populyarlaşdırılmasında böyük rol oynayıb. 2017-ci ildə Eklstoun "Formula-1"-ə aid kommersiya hüquqlarını "Liberty Media" şirkətinə satıb. Lakin buna baxmayaraq o, "Formula One Manegement"-in fəxri prezidenti olaraq qalır.

"Formula-1" üzrə 2021-ci il Azərbaycan Qran-prisi

Bakıda "Formula-1" yarışları 2016-cı ildən keçirilir. Bakıda təşkil olunmuş ilk belə yarış Avropa Qran-prisi adlanırdı. Həmin yarışlarda ulduz səfir ikiqat dünya çempionu Fernando Alonso idi. 2017-ci ildən etibarən Bakıda keçirilən yarış artıq Azərbaycan Qran-prisi adlandırılmağa başlayıb.

Ötən il Azərbaycan Qran-prisinin təşkilatçısı olan "Baku City Circuit" əməliyyat şirkəti koronavirus pandemiyası üzündən yarışları təxirə salmalı olub. Bununla bağlı olaraq Bakıda keçiriləcək yarışların müddəti daha bir il, 2024-cü ilə qədər uzadılıb.

"Formula 1" üzrə Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində tamaşaçılarsız keçiriləcək.

Sputnik Azərbaycan "Formula-1" yarışlarının mətnlərlə onlayn yayımını həyata keçirəcək.

Bakıda keçirilən "Formula-1" yarışlarının bütün qalibləri:

 2016-cı il Avropa Qran-prisi – Niko Rosberq (Almaniya, Mercedes)

 2017-ci il Azərbaycan Qnar-prisi – Daniel Rikardo (Avstraliya, Red Bull)

 2018-ci il Azərbaycan Qnar-prisi – luis Hamilton (Böyük Britaniya, Mercedes)

 2019-ci il Azərbaycan Qnar-prisi – Valtteri Bottas (Finlandiya, Mercedes)

Eləcə də oxuyun:

  • "Formula 1" üzrə Azərbaycan Qran-prisinin cədvəli: onlayn necə baxmaq olar

  •  DYP-dən "Formula 1"lə bağlı növbəti xəbərdarlıq

  • Günter Ştayner: Bakı yürüşlərin keçirilməsi üçün gözəl yerdir

  •  Bu yollarda hərəkət məhdudlaşdırılır

© AP Photo / Eddie WorthNino Farina kimi tanınmış italiyalı Cüzeppe Farina İtaliyanın Alfa Romeo komandasının dörd maşınından birinin sükanı arxasında, Silverstoun avtodromunda məşq yürüşü zamanı, 12 may 1950-ci il, İngiltərə.
История Формулы-1 - Sputnik Azərbaycan
1/15
Nino Farina kimi tanınmış italiyalı Cüzeppe Farina İtaliyanın Alfa Romeo komandasının dörd maşınından birinin sükanı arxasında, Silverstoun avtodromunda məşq yürüşü zamanı, 12 may 1950-ci il, İngiltərə.
© AFP 2024 / INTERCONTINENTALE Cüzeppe Farina Silverstounda qələbədən sonra gülümsəyərək özünün Alfa Romeo avtomobilindən əl yelləyir, 26 avqust 1950-ci il, İngiltərə.
История Формулы-1 - Sputnik Azərbaycan
2/15
Cüzeppe Farina Silverstounda qələbədən sonra gülümsəyərək özünün Alfa Romeo avtomobilindən əl yelləyir, 26 avqust 1950-ci il, İngiltərə.
© AP Photo / Remo NassiCüzeppe Farinanın komanda üzrə tərəfdaşı Xuan Manuel Fanxio növbəti yeddi il ərzində beş dəfə dünya çempionu olub. Şəkildə Fanxionun qələbədən sonra çoxdankı dostu Dona Anderinadan aldığı təbrik busəsi əks olunub.
История Формулы-1 - Sputnik Azərbaycan
3/15
Cüzeppe Farinanın komanda üzrə tərəfdaşı Xuan Manuel Fanxio növbəti yeddi il ərzində beş dəfə dünya çempionu olub. Şəkildə Fanxionun qələbədən sonra çoxdankı dostu Dona Anderinadan aldığı təbrik busəsi əks olunub.
© AP Photo / Udo WeitzƏfsanəvi pilot Ayrton Senna on il ərzində 41 yürüşün qalibi olub. Yağışlı hava şəraitində avtomobili əla idarə etdiyinə görə mətbuatda onu “Yağış adam” adlandırıblar.
История Формулы-1 - Sputnik Azərbaycan
4/15
Əfsanəvi pilot Ayrton Senna on il ərzində 41 yürüşün qalibi olub. Yağışlı hava şəraitində avtomobili əla idarə etdiyinə görə mətbuatda onu “Yağış adam” adlandırıblar.
© AP Photo / PESCIKaryerasının zirvəsində olan Senna 1994-cü ildə San-Marinodakı İmola trasında keçirilən Qran-pridə 200 km/saatdan çox sürətlə beton səddə çırpılıb. Bu yürüş onun həyatında sonuncu olub.
История Формулы-1 - Sputnik Azərbaycan
5/15
Karyerasının zirvəsində olan Senna 1994-cü ildə San-Marinodakı İmola trasında keçirilən Qran-pridə 200 km/saatdan çox sürətlə beton səddə çırpılıb. Bu yürüş onun həyatında sonuncu olub.
© AP Photo / CLAUDIO LUFFOLIİtaliyalı Nikola Larini (solda) və almaniyalı Mixael Şumaxer (sağda) San-Marinodakı İmola trasında keçirilən Qran-pridə Ayrton Sennanın qəzaya uğramasından sonra gözlərinin yaşını silir. 1 may 1994-cü il, İtaliya.
История Формулы-1 - Sputnik Azərbaycan
6/15
İtaliyalı Nikola Larini (solda) və almaniyalı Mixael Şumaxer (sağda) San-Marinodakı İmola trasında keçirilən Qran-pridə Ayrton Sennanın qəzaya uğramasından sonra gözlərinin yaşını silir. 1 may 1994-cü il, İtaliya.
© AP Photo / Clive Mason1950-ci ildən bu günə qədər "Formula-1" yarışlarında 33 çempion olub.
История Формулы-1 - Sputnik Azərbaycan
7/15
1950-ci ildən bu günə qədər "Formula-1" yarışlarında 33 çempion olub.
© AP Photo / Lee Jin-manMixael Şumaxer - ən məşhur "Formula-1" pilotlarından biri, yeddi dəfə dünya çempionu, çoxsaylı rekordların sahibi.
История Формулы-1 - Sputnik Azərbaycan
8/15
Mixael Şumaxer - ən məşhur "Formula-1" pilotlarından biri, yeddi dəfə dünya çempionu, çoxsaylı rekordların sahibi.
© AP Photo / Francois LenoirQələbələrin sayına görə rekordsmenlər - almaniyalı Mixael Şumaxer və britaniyalı Luis Hamiltonun hərəyə yeddi titulu var. Hamilton həmçinin podiumların sayına görə rekorda sahibdir.
История Формулы-1 - Sputnik Azərbaycan
9/15
Qələbələrin sayına görə rekordsmenlər - almaniyalı Mixael Şumaxer və britaniyalı Luis Hamiltonun hərəyə yeddi titulu var. Hamilton həmçinin podiumların sayına görə rekorda sahibdir.
© AP Photo / L. GOMEZ1970-ci ildə ölümündən sonra ilk dəfə dünya çempionu adına avstriyalı pilot Yoxen Rindt layiq görülüb. Pilot İtaliyada keçirilən Qran-pri zamanı qəzaya uğrayaraq həlak olub.
История Формулы-1 - Sputnik Azərbaycan
10/15
1970-ci ildə ölümündən sonra ilk dəfə dünya çempionu adına avstriyalı pilot Yoxen Rindt layiq görülüb. Pilot İtaliyada keçirilən Qran-pri zamanı qəzaya uğrayaraq həlak olub.
© AP Photo / LUCA BRUNO"Formula-1"-in keçmiş rəhbəri Berni Eklstoun. Əvvəlcə Eklstoun yarışlarda pilot kimi iştirak edib (1958-ci il mövsümündə iki Qran-pridə iştirak edib, lakin təsnifat mərhələsini keçə bilməyib).
История Формулы-1 - Sputnik Azərbaycan
11/15
"Formula-1"-in keçmiş rəhbəri Berni Eklstoun. Əvvəlcə Eklstoun yarışlarda pilot kimi iştirak edib (1958-ci il mövsümündə iki Qran-pridə iştirak edib, lakin təsnifat mərhələsini keçə bilməyib).
© AP Photo / Darron CummingsQrid-qızlar "Formula-1" üzrə ABŞ-dakı Qran-pridən sonra şəkil çəkdirirlər. 2018-ci ildən etibarən qrid-qızlar – pilotları yürüşə çıxaran və mükafatlandırma mərasimində iştirak edən model görünüşlü xanımlar daha yarışlarda çalışmırlar.
История Формулы-1 - Sputnik Azərbaycan
12/15
Qrid-qızlar "Formula-1" üzrə ABŞ-dakı Qran-pridən sonra şəkil çəkdirirlər. 2018-ci ildən etibarən qrid-qızlar – pilotları yürüşə çıxaran və mükafatlandırma mərasimində iştirak edən model görünüşlü xanımlar daha yarışlarda çalışmırlar.
© Sputnik / Murad OrujovKonstruktorlar kubokunda ən çox qələbə Ferrari komandasına aiddir.
Подготовка к старту Гран-при Азербайджана Формулы-1 - Sputnik Azərbaycan
13/15
Konstruktorlar kubokunda ən çox qələbə Ferrari komandasına aiddir.
© AP Photo / Ivan SekretarevBakıda "Formula-1" yarışları 2016-cı ildən keçirilir. Bakıda təşkil olunmuş ilk belə yarış Avropa Qran-prisi adlanırdı. Həmin yarışlarda ulduz səfir ikiqat dünya çempionu Fernando Alonso idi. 2017-ci ildən etibarən Bakıda keçirilən yarış artıq Azərbaycan Qran-prisi adlandırılmağa başlayıb.
Хэмилтон из команды Mercedes показал лучший круг по итогам третьей свободной практики в рамках Гран-при Европы в Баку - Sputnik Azərbaycan
14/15
Bakıda "Formula-1" yarışları 2016-cı ildən keçirilir. Bakıda təşkil olunmuş ilk belə yarış Avropa Qran-prisi adlanırdı. Həmin yarışlarda ulduz səfir ikiqat dünya çempionu Fernando Alonso idi. 2017-ci ildən etibarən Bakıda keçirilən yarış artıq Azərbaycan Qran-prisi adlandırılmağa başlayıb.
© Sputnik / Murad Orujov"Formula 1" üzrə Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində yeni qaydalarla - tamaşaçılarsız keçiriləcək.
Подготовка к старту Гран-при Азербайджана Формулы-1 - Sputnik Azərbaycan
15/15
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində yeni qaydalarla - tamaşaçılarsız keçiriləcək.
Xəbər lenti
0