CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin cədvəli: onlayn necə baxmaq olar

© Sputnik / Murad OrujovТретий день Гран при Азербайджана Формула 1
Третий день Гран при Азербайджана Формула 1 - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Azərbaycan Qran-prisi çərçivəsində ən birinci yürüş saat 10:25-də başlanacaq. Azərbaycan paytaxtının küçələrində yürüşlər saat 18.30-dan gec olmayaraq sona çatacaq

BAKI, 31 may — Sputnik, Teymur Tuşiyev. "Formula 1" üzrə Azərbaycan Qran-prisi çərçivəsində yürüşlərin cədvəli məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, Bakının mərkəzi küçələrində 4-6 iyun tarixlərində keçiriləcək yarışlarda həm "Formula-1", həm də "Formula-2" üzrə yürüşlər baş tutacaq.

Belə ki, yarışların ilk günü "Formula-1" çərçivəsində sərbəst yürüşlər saat 12:30-dan 13:30-dək və saat 16:00-dan 17:00-dək keçiriləcək.

"Formula-2" çərçivəsində isə əvvəlcə sərbəst təcrübə yürüşləri (10:25 - 11:10), sonra isə sıralama yarışı keçiriləcək (14:30 – 15:00).

Yarışların ikinci günü, yəni iyunun 5-də yarışlar "Formula-2" çərçivəsində sprinter yürüşləri ilə başlayacaq (11:25 – 12:15). "Formula-2" çərçivəsində daha bir sprinter yürüşü isə saat 17:40-dan 18:40-dək keçiriləcək.

"Formula-1" çərçivəsində əvvəlcə üçüncü sərbəst yürüş (13:00 – 14:00) olacaq. Sıralama yarışı isə saat 16:00-dan 17:00-dək olacaq.

Nəhayət, yarışların üçüncü günü iyunun 6-da saat 12:45 - 13:50 radələrində əvvəlcə "Formula-2" əsas yürüşü keçiriləcək.

"Formula-1"-ə gəldikdə isə, həmin gün 14:10-14:50 radələrində pilotların paradı keçiriləcək. Saat 15:44-dan 15:46-dək Azərbaycan Respublikasının dövlət himni səsləndiriləcək. Saat 16:00 - 18:00 radələrində isə "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yürüşü keçiriləcək.

Sputnik Azərbaycan "Formula-1" yarışlarının mətnlərlə onlayn yayımını həyata keçirəcək.

"Formula-1"in 2021-ci il Azərbaycan Qran Prisi

Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi 4-6 iyun tarixlərində keçiriləcək. Bu yarışlar Bakıda 2016-cı ildən keçirilir. Bakıda təşkil olunmuş ilk belə yarış Avropa Qran-prisi adlanırdı. Həmin yarışlarda ulduz səfir ikiqat dünya çempionu Fernando Alonso idi. 2017-ci ildən etibarən Bakıda keçirilən yarış artıq Azərbaycan Qran-prisi adlandırılmağa başlayıb.

Ötən il Azərbaycan Qran-prisinin təşkilatçısı olan Baku City Circuit əməliyyat şirkəti koronavirus pandemiyası üzündən yarışları təxirə salmalı olub. Bununla bağlı olaraq Bakıda keçiriləcək yarışların müddəti daha bir il, 2024-cü ilə qədər uzadılıb. Elə həmin səbəbdən cari "Formula-1" yarışları tamaşaçılarsız keçiriləcək.

Eləcə də oxuyun:

  • Bas qaza! Bakıdakı "Formula-1" trassının test-drayvı

  • "Formula 1"lə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

  • BNA-dan xəbərdarlıq: Səkkiz gün ərzində paytaxtın bəzi küçələrində hərəkət dayandırılacaq

Xəbər lenti
0