21:30 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
27 0 0

Ötən ilə dair rəqəmlərə görə, həmin şəxslərdən 4150-si kişi, 83-ü qadın olub. Bundan başqa, qeyd edək ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin 3000-i oxumayan və işləməyən şəxslər olub

BAKI, 17 iyul — Sputnik. 2020-ci ildə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 5221 fakt aşkar edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda qeyd olunub.

Aşkarlanan faktlar üzrə ümumilikdə 4 ton 41 kq-dan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Hesabatda qeyd olunub ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin 5 nəfəri 16-18, 321 nəfəri 18-25, 738 nəfəri 26-29, 3169 nəfəri isə 30 yaşdan yuxarı şəxslərdir.

Cinayətkarlar arasında qadınların da sayı az deyil

Ötən ilə dair rəqəmlərə görə, həmin şəxslərdən 4150-si kişi, 83-ü qadın olub. Bundan başqa, qeyd edək ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin 3000-i oxumayan və işləməyən şəxslər olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən 17-nə kimi polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarını açıqlayıb.

İki həftə ərzində 187 kq marixuana, 92 qr bonzai, 3,1 qr metadon, 58 kq heroin, 24 ton çətənə (əkin), 11 kq metamfetamin, 3 kq tiryək, 11 ton çətənə (yabanı), 427 ekstazi, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.

 

Həmçinin oxuyun: 

* Narkotiklərin tüğyanı: Lənkəranda "patı" əməliyyatı keçirildi, saxlanılanlar var

* DİN-dən "patı" açıqlaması

* Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaradıb

* Azərbaycan - İran sərhədində atışma, ölən var

* Tərəvəzdən pul çıxara bilməyən maştağalı fermerlər istixanada narkotik becəriblər

Əsas mövzular