05:14 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
HADİSƏ
Qısa URL
9010

"Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

BAKI, 6 iyul — Sputnik. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirili ki, iyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd çanta müşahidə edilib.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

  • İranla sərhəddə saxlanılan şəxslərdən götürülən narkotik vasitələr və preparatlar
    © State Border Service of Azerbaijan Republic
  • İranla sərhəddə saxlanılan şəxslərdən götürülən bağlamalar
    © State Border Service of Azerbaijan Republic
  • İranla sərhəddə saxlanılan şəxslərdən götürülən bağlamalar
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
İranla sərhəddə saxlanılan şəxslərdən götürülən narkotik vasitələr və preparatlar

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası alıb, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilmiş, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.

Əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirdilkəri 1 ədəd çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər maddələr (4065 qram – heroin, 1385 qram – tiryək, 325 qram – metamfetamin, 1000 ədəd metadon-40 həbi, 260 ədəd preqabalin) və dərman preparatları (10 ampula – ravit 8, 30 kapsula – wellman, 10 ampula – testosterone) aşkar olunaraq götürülüb.

Bu barədə İİR tərəfi dərhal məlumatlandırılmış, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əla­qədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Eləcə də oxuyun:

  • Azərbaycan sərhədini pozmağa cəhd göstərən cinayətkar zərərsizləşdirilib

  • Horadizdə Azərbaycan sərhədini pozmağa cəhd göstərən şəxs saxlanıldı

  • Sərhəddə baş verən atışmanın detalları: bir nəfər hələ də axtarılır

Teqlər:
sərhəd, İran, Azərbaycan, atışma, ölüm

Əsas mövzular