21:19 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər.

BAKI, 6 iyul — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsi rəsmi sosial şəbəkə hesabları yaradıb. DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər:

"Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.

Vətəndaşlar aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

"Facebook" - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki (https://www.facebook.com/bnmi.polisazerbaycan )

"Instagram" – bnmi.polisazerbaycan keçid linki - (https://www.instagram.com/bnmi.polisazerbaycan/ )

"Youtube" - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://www.youtube.com/channel/UCqJSjze-brBi2M1EEDIfCgg/featured )

"Telegram" - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://t.me/bnmipolisazerbaycan )

Bir daha sosial şəbəkə istifadəçilərini anti-narkotik təbliğatı işində polis əməkdaşları ilə həmrəy olmağa çağırır, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə məlumatları olduğu təqdirdə dərhal bizə bildirmələrini xahiş edirik. Həmin şəxslərin anonimliyi qorunacaqdır".

Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə təmassız, yəni onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Belə ki, Baş İdarənin əməkdaşlarının Suraxanı rayonunda həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında "patı", "şüşə" kimi adlanan psixotrop maddə "Metamfetamin" və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.

Saxlanılan şəxs narkotik vasitə və psrixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib. Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən və xaricdən idarə olunan səhifələrə qarşı Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən daim xüsusi texniki vasitələrdən istifadə edilməklə əməliyyat tədbirləri həyata keçirilir.

Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və onlar polis əməkdaşları tərəfindən ifşa ediləcəklər.

Həmçinin oxuyun:

* Tərəvəzdən pul çıxara bilməyən maştağalı fermerlər istixanada narkotik becəriblər

* DİN-dən "patı" açıqlaması

* DTX və DİN Ağdamda əməliyyat keçiriblər

Əsas mövzular