Qəzza sektorundan İsrailə daha 60 raket atılıb

© AFP 2023 / Jack GuezШлейф дыма от бушующего пожара на нефтехимическом складе вздымается на нефтехранилище, пораженном ракетами ХАМАС в городе Ашкелон
Шлейф дыма от бушующего пожара на нефтехимическом складе вздымается на нефтехранилище, пораженном ракетами ХАМАС в городе Ашкелон - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Son məlumatlara görə, hücumlar nəticəsində İsraildə 10 nəfər həlak olub, 50-yə qədər insan ciddi xəsarətlər alıb. Fələstin tərəfdən isə itkilərin sayı 192 nəfərə çatıb ki, onların da 58-i uşaqlardır.

BAKI, 17 may — Sputnik. Ötən gecə ərzində Qəzza sektorundan İsrail ərazisinə 60 raket atılıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, onlarla raket "Dəmir künbəz" raket hücumundan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib.

"Sektorun ərazisinə ona qədər raket düşüb", - deyə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Ötən axşam ümumilikdə İsrail istiqamətinə 3,1 min ədəd raketin atıldığı barədə xəbər verilib.

Bu gün səhər saatlarında cavab atəşi ilə HƏMAS təşkilatının yüksək rütbəli komandirlərinə məxsus bir neçə evin dağıdıldığı bildirilir.

İsrail və Fələstin sərhədində vəziyyət Qüdsdə baş vermiş toqquşmalardan sonra, mayın 10-da axşama doğru yenidən gərginləşib. Tərəflər bir-birinə hava zərbələri endiriblər. Ötən həftə Tel-Əvivin yerüstü əməliyyata hazırlığı barədə məlumat verilib.

Son məlumatlara görə, hücumlar nəticəsində İsraildə 10 nəfər həlak olub, 50-yə qədər insan ciddi xəsarətlər alıb. Fələstin tərəfdən isə itkilərin sayı 192 nəfərə çatıb ki, onların da 58-i uşaqlardır.

Fələstin-İsrail münaqişəsi onilliklər boyu davam edir: tərəflər Qəzza və Qüdsdə əraziləri bölüşdürə bilmirlər. Fələstin həmçinin özünə sərfəli ərazilər çərçivəsində dövlətçiliyinin tanınmasına çalışır.

2007-ci ildən etibarən onun nəzarətində olan ərazilər HƏMAS islam təşkilatı tərəfindən idarə olunur.

Həmçinin oxuyun:

Papa nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirdi

Çavuşoğludan Fələstin-İsrail qarşıdurmasına münasibət: "Ümmət bizdən liderlik gözləyir"

Qəzza sektorunda yaralılara kömək etmək çətinləşir

Xəbər lenti
0