Papa nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirdi

© AFP 2023 / Gil Cohen-MagenЧлены израильской аварийной службы осматривают повреждения в израильском городе Ришон-ле-Цион
Члены израильской аварийной службы осматривают повреждения в израильском городе Ришон-ле-Цион - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
"Uşaqlar da daxil olmaqla, bir çox günahsız insan öldü. Bu, dəhşətlidir. Qəbul edilə bilməz. Onların ölümü gələcəyi qurmaq yox, məhv etmək iradəsinin göstəricisidir".

BAKI, 16 may — Sputnik. Papa Fransisk nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirib.

Bazar günü ayini vaxtı Vatikandakı Müqəddəs Pyotr meydanına toplaşan dindar kütləyə müraciət edən Papa Fransisk Fələstinlə İsrail arasında son günlərdə yenidən alovlanan qarşıdurmaya öz münasibətini bildirib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

"Əmin-amanlığa cavabdeh olanları silah səslərinə son qoyub sülh yolunu seçməyə çağırıram", – deyə papa bildirib.

"Uşaqlar da daxil olmaqla, bir çox günahsız insan öldü. Bu, dəhşətlidir. Qəbul edilə bilməz. Onların ölümü gələcəyi qurmaq yox, məhv etmək iradəsinin göstəricisidir", - deyə papa Fransis Fələstin-İsrail qarşıdurmasına nəhayət öz münasibətini bildirib.

Papa "Nifrət və intiqamın hara qədər davam edəcəyinə təəccüb edirəm", – deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, əslən Argentinadan olan Papa Fransisk mayın 10-da, Fələstinlə İsrail arasında qarşıdurmanın yenidən qızışdığı tarixdən bir gün əvvəl verdiyi açıqlamasında "Qüdsdəki inkişafı xüsusi diqqətlə izləyirəm", – demişdi.

Xatırladaq ki, Qəzza zolağında İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur. Eskalasiyanın başladığı gündən bəri İsrail ərazisinə Qəzza zolağından 2900-a yaxın raket atılıb.

İsrail isə öz növbəsində Fələstinin HƏMAS və "İslami cihad" qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib. Ölənlərin sayı onlarla, yaralıların sayı yüzlərlə ölçülür.

Eləcə də oxuyun: 

Bayden İsrail və Fələstin liderləri ilə danışdı

Çavuşoğludan Fələstin-İsrail qarşıdurmasına münasibət: "Ümmət bizdən liderlik gözləyir"

Misirin sülhyaratma cəhdləri boşa çıxdı - İsraildən rədd cavabı gəldi

İslam ölkələrinin fövqəladə iclası çağırılıb

 

Xəbər lenti
0