BAKI, 16 may — Sputnik. "Ümmət bizdən liderlik gözləyir. Türkiyə lazım olan hər addımı atmağa hazırdır". Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Birlik və qətiyyət göstərmə vaxtıdır. Ümmət bizdən liderlik gözləyir. Türkiyə lazım olan hər addımı atmağa hazırdır", - deyə Çavuşoğlu söyləyib.
Xatırladaq ki, Qəzza zolağında İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur. Eskalasiyanın başladığı gündən bəri İsrail ərazisinə Qəzza zolağından 2900-a yaxın raket atılıb.
İsrail isə öz növbəsində Fələstinin HƏMAS və "İslami cihad" qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib. Ölənlərin sayı onlarla, yaralıların sayı yüzlərlə ölçülür.
Eləcə də oxuyun: