Qəzza sektorunda yaralılara kömək etmək çətinləşir

© AFP 2024 / Mohammed AbedПожарные тушат горящие многоквартирные дома после израильских авиаударов в городе Газа
Пожарные тушат горящие многоквартирные дома после израильских авиаударов в городе Газа - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
QXK həm də Qəzzadakı yaralıların evakuasiya edilməsinə kömək edir. Qəzzadakı yaralıların evakuasiya etmək üçün əlavə olaraq 28 yeni təcili yardım maşını və 420 könüllü göndərilib.

BAKI, 17 may — Sputnik. Qəzza sektorunda səhiyyə sisteminin yüklənməsi yaralılara kömək etməyi çətinləşdirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Qırmızı Xaç Təşkilatının Qəzzada yerləşən ofisinin nümayəndəsi Suheyr Zakut deyib.

“Hələ hərbi toqquşmalardan öncə də Qəzza sektorunda tibb sistemində koronavirus pandemiyası ilə əlaqədar olaraq yüklənmə var idi.  Təkcə bu gün Səhiyyə nazirliyinin virusla bağlı yaydığı statistikada yeni ölənlərin və minlərlə yoluxma halının qeydə alınıdığı bildirilir. Bu baxımdan tibb işçilərinin yaralılara öncəlik verməsi çətinləşir. Eyni zamanda dərman çatışmazlığı var”.

QXK həm də Qəzzadakı yaralıların evakuasiya edilməsinə kömək edir. Qəzzadakı yaralıların evakuasiya etmək üçün əlavə olaraq 28 yeni təcili yardım maşını və 420 könüllü göndərilib.

Qeyd edək ki, Fələstin-İsrail arasında son toqquşma mayın 10-dan başlayıb. Bu günə qədər İsrailin Qəzza sektoruna endirdiyi yüzlərlə raket zərbələri nəticəsində 192 fələstinli həyatını itirib. Qurbanlardan 58-i uşaqdır.

Xəbər lenti
0