Çanslini Kapitolidə ictimai asayişin pozulmasında, zorakı müdaxilədə, qapalı məkana qəsdən daxil olma və qeyri-qanuni olaraq orada qalmaqda ittiham edirlər
Bir qədər əvvəl məlumat yayılmışdı ki, Maskın varidatı 185 milyard dollara çatıb. Bu qədər pulla o, dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir.
Ərdoğanın sözlərinə görə, Türkiyə yeni ildə AB ilə münasibətlərdə yeni səhifə açmaq istəyir. 2020-ci il AB-yə üzv olan bəzi ölkələrin kaprizi və bu səbəbdən Ankara ilə süni problem yaratmaları ilə əlamətdar olub.
Aviaşirkətin məlumatına görə, təyyarənin göyərtəsində heyət və sərnişinlərlə birlikdə 62 nəfər olub. İlkin məlumatlara görə, həm təyyarənin, həm də sərnişinlərin qalıqları aşkarlanıb
"Geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır"
Ermənistanın Səhiyyə Nazirliyinin son məlumatına görə, hələlik müharibədə həlak olmuş 3 300-dən çox erməni hərbçisinin meyiti ekspertizadan keçirilib
Britaniyada koronavirus əleyhinə vaksinləmə dekabrda başlayıb. Peyvəndlər hələ ki yalnız risk qrupu kateqoriyalarından olan insanlar üçün əlçatandır.
"Hələlik mənə çatacaq pulun hamısını almamışam. Amma bu filmdən və obraza görə mənə çatacaq bütün qonorarımı Mehmetcik Vəqfi və Sebilürreşada bağışlayacam", - deyə Yavuz Bingöl bildirib.
Florida ştatının Səhiyyə Nazirliyi müfəttişlərin 56 yaşlı həkimin ölüm səbəbini araşdırdığını açıqlayıb.
DTX və MN-in həyata keçirdikləri birgə əməliyyat nəticəsində işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.