Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada yaşayış minimumu bəlli oldu

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidРублевые купюры, фото из архива
Рублевые купюры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il Rusiyada yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12 702 rubl (təxminən 171 ABŞ dolları), pensiyaçılar üçün 10 022 rubl (təxminən 135 ABŞ dolları), uşaqlar üçün 11 303 rubl (təxminən 153 ABŞ dolları) təşkil edəcək.

BAKI, 9 yanvar - Sputnik. Rusiya hökuməti 2021-ci il üçün yaşayış minimumunu 11 653 rubl (təxminən 157 ABŞ dolları) məbləğində müəyyən edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bununla bağlı qonşu ölkənin baş naziri Mixail Mişustin fərman imzalayıb.

Fərmana əsasən, 2020-ci illə müqayisədə yaşayış minimumu 3,7 % artırılıb.

Xəbər lenti
0