Marsda adam olsun deyə əmlakını satışa çıxarır

© AP Photo / NASA/JPL-CaltechИллюстрация NASA c изображением двух космических кораблей проекта Mars Cube One, летящих над Марсом
Иллюстрация NASA c изображением двух космических кораблей проекта Mars Cube One, летящих над Марсом - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qədər əvvəl məlumat yayılmışdı ki, Maskın varidatı 185 milyard dollara çatıb. Bu qədər pulla o, dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir.

BAKI, 9 yanvar - Sputnik. SpaceX və Tesla şirkətlərinin banisi, dünyanın ən varlı insanı İlon Mask Marsda insanlar yaşasınlar deyə bütün əmlakını satmaq fikrindədir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Business Insider yazır.

Mask izah edib ki, Marsda əhali yerləşdirilməsi böyük vəsait tələb edir. Ancaq onun bu barədə qərarı qətidir.

"Şirkətlərin səhmlərini nəzərə almasaq, əlimdə praktiki olaraq qiymətli heç nə qalmır... İşdə vəziyyət gərgin olanda mənim fabrikdə, yaxud ofisdə gecələməyim daha doğru olar", - biznesmen deyib.

Bir qədər əvvəl məlumat yayılmışdı ki, Maskın varidatı 185 milyard dollara çatıb. Bu qədər pulla o, dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir.

Xəbər lenti
0