https://sputnik.az/20210915/Bakda-hrbilr-tntnli-yr-xblar-427926040.html
Bakıda hərbçilər təntənəli yürüşə çıxıblar
Bakıda hərbçilər təntənəli yürüşə çıxıblar
Sputnik Azərbaycan
Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib. 15.09.2021, Sputnik Azərbaycan
2021-09-15T12:08+0400
2021-09-15T12:08+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427926722_0:0:3071:1728_1920x0_80_0_0_fd5c2537694720efc9e7c1c83d506250.jpg
BAKI, 15 sentyabr — Sputnik. Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verir. Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib.Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.Abidələr qarşısına əklil və gül dəstələri qoyularaq şəhidlərin xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.Sonra hərbi qulluqçular təyin olunan marşrutlar üzrə yürüşə başlayıblar.Qeyd edək ki, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də hərbi qulluqçuların yürüşləri təşkil edilib.Eləcə də oxuyun:Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıqTürkiyədə tariximiz üçün əhəmiyyətli olan hadisə haqqında animasiya filmi hazırlanıbAlper Karacaoğlu türk əsgərlərinə göstərilən hörmət və ehtirama görə təşəkkür etdi - FOTONuru Paşanın əsgərinin Azərbaycandakı evi - orada qardaşlığın, dostluğun işarəsi varXaçmazda tarixi araşdırmanı "dondurublar": jurnalist səfirdən cavab gözləyir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427926722_340:0:3071:2048_1920x0_80_0_0_1dda583881ca2650d3205343e80ff3b2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Bakıda hərbçilər təntənəli yürüşə çıxıblar
12:08 15.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib.
BAKI, 15 sentyabr — Sputnik. Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verir. Bakıda keçirilən yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından start verilib.
Əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirakı ilə Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
Abidələr qarşısına əklil və gül dəstələri qoyularaq şəhidlərin xatirəsi ehtiramla yad edilib. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Sonra hərbi qulluqçular təyin olunan marşrutlar üzrə yürüşə başlayıblar.
Qeyd edək ki, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində də hərbi qulluqçuların yürüşləri təşkil edilib.
Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıq
Türkiyədə
tariximiz üçün əhəmiyyətli olan hadisə haqqında animasiya filmi hazırlanıb
Nuru Paşanın əsgərinin Azərbaycandakı evi - orada qardaşlığın, dostluğun işarəsi var