00:34 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
342 0 0

Türkiyə Silahlı Qüvvələrinin zabiti Alper Karacaoğlu Azərbaycan uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidentinə, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

BAKI, 15 sentyabr — Sputnik. Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qobustan rayonunun Təklə kəndindəki Türk Şəhidliyində anım mərasimi keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş avtomobil karvanı hərbi hissədən çıxaraq həmin ünvana yollanıb.

Müdafiə Nazirliyi adından Türk Şəhidliyindəki abidə-kompleksinin önünə əklil qoyulub.

© AR Ministry of Defence
Qobustan rayonunun Təklə kəndindəki Türk Şəhidliyində Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar anım mərasimi

Azərbaycanın və Türkiyənin müstəqilliyi və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Nuru Paşanın rəhbərliyi altında Azərbaycan və Türkiyə əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun erməni-bolşevik işğalçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsindən, onların şücaət və igidliklərindən ətraflı söhbət açıb.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsinin rəis müavini general-mayor Rasim Əliyev tarixin bütün zamanlarında Azərbaycan xalqının Türkiyəyə, Türkiyə xalqının isə Azərbaycana daim arxa və kömək olduqlarını bildirib.

© AR Ministry of Defence
Qobustan rayonunun Təklə kəndindəki Türk Şəhidliyində Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar anım mərasimi

Birinci Dünya müharibəsi illərində Çanaqqala zəfərinin qazanılmasında, eləcə də Qurtuluş savaşında azərbaycanlıların qardaş türk xalqına maddi-mənəvi və canlı qüvvə sarıdan göstərdiyi qardaşlıq köməyindən bəhs edən general-mayor R.Əliyev Türkiyə xalqının və dövlətinin də həmişə Azərbaycana cəsarətli dəstək nümayiş etdirdiyini bir daha vurğulayıb.

Qeyd edilib ki, bu ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlara qarşı ilk etiraz səsini yüksəldən məhz qardaş Türkiyə olub və düşmənin iyrənc əməllərini qətiyyətlə pisləyib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yunanıstanın ölkəmizdəki səfirini qəbul edərkən səsləndirdiyi cəsarətli fikirlərin Türkiyə ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılandığını diqqətə çatdıran general-mayor R.Əliyev bildirib ki, bugün də Azərbaycan və Türkiyə bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində daha uğurlu siyasət aparır, möhtəşəm layihələr həyata keçirilir.

© AR Ministry of Defence
Qobustan rayonunun Təklə kəndindəki Türk Şəhidliyində Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar anım mərasimi

Tarixi milli-mənəvi dəyərlərə, eyni dilə, eyni dinə malik olan hər iki ölkənin dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir.

Türkiyə Silahlı Qüvvələrinin zabiti Alper Karacaoğlu Azərbaycan uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinə göstərilən hörmət və ehtirama görə, onların adlarının əbədiləşdirilməsində və türk şəhidliklərinin əsl ziyarətgaha çevrilməsində xidməti olanlara -  Azərbaycan Prezidentinə, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Təklə kəndinin sakini Gülbala Bayramov hələ sovet dövründə Acıdərədəki türk zabitinin məzarının qadağalara baxmayaraq, yerli sakinlər tərəfindən qorunduğunu, daim ziyarət olunduğunu qeyd edib.

Sonra iştirakçılar türk zabitinin məzarını ziyarət edib, qırmızı qərənfillər düzüb və xatirə şəkli çəkdiriblər.

Mərasimdən sonra hərbi hissədə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” devizi altında ədəbi-musiqili tədbir keçirilib.

Əlaqədar

Azərbaycan və Türkiyə şahinləri Gəncə üzərində bayraqlarımızı dalğalandırdılar - VİDEO
Nuru Paşanın əsgərinin Azərbaycandakı evi - orada qardaşlığın, dostluğun işarəsi var
General səfirlə birgə Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət etdi – FOTOLAR
Türkiyə səfiri: "Azərbaycanın Türkiyəni dəstəkləməsi Ankaraya güc verir"
"Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir"
Teqlər:
Türk əsgərləri, Müdafiə Nazirıiyi, Bakı, şəhidlik, şəhidlər, şəhid, türk, Qobustan rayonu

Əsas mövzular