https://sputnik.az/20230915/Bakinin-dasnak-bolsevik-isgalindan-azad-olundughu-gundur-427924822.html
Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıq
Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıq
Sputnik Azərbaycan
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 15.09.2023, Sputnik Azərbaycan
2023-09-15T10:17+0400
2023-09-15T10:17+0400
2023-09-15T10:23+0400
xəbərlər
tarixdə bu gün
bakı
erməni daşnakları
daşnak-bolşevik qüvvələri
işğaldan azad etmə
osmanlı
türkiyə
azərbaycan
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284130_0:0:3068:1727_1920x0_80_0_0_38b4a44c57dccfb8a8a6b7d0f57b6947.jpg
BAKI, 15 sentyabr — Sputnik. Bu gün Bakının işğaldan azad olunmasının 103-cü ildönümüdür.Sputnik Azərbaycan bildirir ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk (Osmanlı) əsgərləri Bakını menşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda erməni daşnakların və eser-menşeviklərin (Sentrokaspi diktaturası) Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayın 28-də isə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etmişdi. Ancaq ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar işğal altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. 1918-ci ilin martında neftlə zəngin, sənayecə Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırımı həyata keçirmiş qüvvələr Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Göyçənin, Zəngəzurun, Qarabağın işğaldan azad edilməsinin yolu yalnız Bakıdan başlaya bilərdi.Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti müqaviləyə əsasən, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.Sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284130_215:0:2944:2047_1920x0_80_0_0_e899c56c6cd2134a99db7a903e832d1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, tarixdə bu gün , bakı, erməni daşnakları, daşnak-bolşevik qüvvələri, işğaldan azad etmə, osmanlı, türkiyə, azərbaycan
xəbərlər, tarixdə bu gün , bakı, erməni daşnakları, daşnak-bolşevik qüvvələri, işğaldan azad etmə, osmanlı, türkiyə, azərbaycan
Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıq
10:17 15.09.2023 (Yenilənib: 10:23 15.09.2023) 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.
BAKI, 15 sentyabr — Sputnik. Bu gün Bakının işğaldan azad olunmasının 103-cü ildönümüdür.
Sputnik Azərbaycan bildirir ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk (Osmanlı) əsgərləri Bakını menşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda erməni daşnakların və eser-menşeviklərin (Sentrokaspi diktaturası) Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayın 28-də isə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etmişdi. Ancaq ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar işğal altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. 1918-ci ilin martında neftlə zəngin, sənayecə Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırımı həyata keçirmiş qüvvələr Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Göyçənin, Zəngəzurun, Qarabağın işğaldan azad edilməsinin yolu yalnız Bakıdan başlaya bilərdi.
Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti müqaviləyə əsasən, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi.
Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.