CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nuru Paşanın əsgərinin Azərbaycandakı evi - orada qardaşlığın, dostluğun işarəsi var

© Sputnik / Rahim MammadovAbdulla Şamxalovun övladları
Abdulla Şamxalovun övladları - Sputnik Azərbaycan
Abunə olmaq
Qardaşlığın, dostluğun işarəsini verən ev Mingəçevirə ayaq basan hər kəsin diqqətini çəkir. Məhərrəm Şamxalov onu atasının xatirəsi üçün Azərbaycan və Türkiyə bayraqları ilə bəzədiklərini deyir

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Bir tərəfdə 8 guşəli, digər tərəfdə 5 güşəli ulduzu olan bayraq. Mingəçevirdə illərdir bu ev diqqət çəkir. Hazırda mənzildə 102 il öncə ölkəmizə gələn Nuru Paşanın əsgərlərindən olan Abdulla Şamxalovun övladları yaşayırlar.

Военный парад по случаю 100-летия освобождения Баку Кавказской исламской армией. 15 сентября 2018 года - Sputnik Azərbaycan
SİYASƏT
"Qardaş-qardaşa arxa durarsa, önündə dayanmaz düşmən!" – MN-dən 15 sentyabr paylaşımı

“Nur şəhəri”ndə bayraqlarla bəzədilən evi səfirliyə, türk şirkətinə bənzədənlər az deyil. Əslində isə bura 1918-ci ildə Nuru Paşanın qoşunu ilə ölkəmizə gəlib, Bakının azad olunmasında iştirak edən Abdulla Şamxalovun törəmələrinə məxsusdur. Abdulla kişi 34 il öncə vəfat etsə də, onun ölkəmiz üçün xidmətləri unudulmur. Sputnik Azərbaycan-a danışan türk əsgərinin 5 övladının ən böyüyü Məhərrəm Şamxalov atası ilə qürur duyduğunu deyir. O, ailədə vətənsevərliyin, qəhrəmanlığın davamlı olduğunu bildirib. M.Şamxalov kiçik qardaşının Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmasını da qeyd edib:

“Atam haqqında onu deyə bilərəm ki, Nuru Paşanın dəstəsində gəlib, 1918-ci ildə. Daşnaklarla Bakıya kimi döyüşüblər. Şamaxıda digər bölgələrdə güclü döyüş gedib. Yenidən qayıdıblar Gəncəyə. Deyirdi, bala, gəldik, Azərbaycan xalqına dəstək olduq. Mən atamla fəxr edirəm! Atam döyüşlərdən sonra burada qalıb, evlənib, 5 uşağı dünyaya gəlib. Bir qardaşım da Qarabağ döyüşlərində 1992-ci ildə qəhrəmancasına şəhid olub. Özüm isə döyüşlərin iştirakçısıyam, veteranam".

© Sputnik / Rahim Mammadov
M.Şamxalov kiçik qardaşının Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmasını da qeyd edib - Sputnik Azərbaycan
1/3
M.Şamxalov kiçik qardaşının Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmasını da qeyd edib
© Sputnik / Rahim Mammadov
5 övladının ən böyüyü Məhərrəm Şamxalov atası ilə qürur duyduğunu deyir - Sputnik Azərbaycan
2/3
5 övladının ən böyüyü Məhərrəm Şamxalov atası ilə qürur duyduğunu deyir
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə Nuru Paşanın əsgərinin evi - Sputnik Azərbaycan
3/3
Mingəçevirdə Nuru Paşanın əsgərinin evi
1/3
M.Şamxalov kiçik qardaşının Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmasını da qeyd edib
2/3
5 övladının ən böyüyü Məhərrəm Şamxalov atası ilə qürur duyduğunu deyir
3/3
Mingəçevirdə Nuru Paşanın əsgərinin evi

Qardaşlığın, dostluğun işarəsini verən ev Mingəçevirə ayaq basan hər kəsin diqqətini çəkir. M.Şamxalov onu atasının xatirəsi üçün Azərbaycan və Türkiyə bayraqları ilə bəzədiklərini deyib:

“Bu evlə çoxları maraqlanır, bayrağa baxırlar, çoxlu suallar olur. Hərbi xidmətə gedənlər gəlib orada şəkil çəkdirirlər. Yeni evlənən bəy və gəlinlər bizdən icazə alıb evin qabağında şəkil çəkdirirlər. Türkiyə-Azərbaycan bayraqları, hər kəsin marağına səbəb olur. Biz də fəxr edirik", - deyə bildirib.

Nuru Paşanın qoşununda döyüşüb Mingəçevirdə qalanlardan biri də Vəli Əliyev olub. Türkiyənin böyük şəhərlərindən olan İstanbulda doğulan türk əsgər 1979-cu ildə ölkəmizdə vəfat edib. Qeyd edək ki, hər iki türk döyüşçünün məzarı Mingəçevirdə yerləşən Əli qəbiristanlığındadır. Bundan başqa, paytaxt Bakıda və digər bölgələrdə türk əsgərlərin xatirəsinə abidələr ucaldılıb.

Xəbər lenti
0