https://sputnik.az/20210811/turkiyedeki-yangin-ocaqlarinda-artiq-son-ishler-gorulur-427671857.html
Etibar Mirzəyev: Türkiyədəki yanğın ocaqlarında artıq son işlər görülür
Etibar Mirzəyev: Türkiyədəki yanğın ocaqlarında artıq son işlər görülür
Sputnik Azərbaycan
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T11:38+0400
2021-08-11T11:38+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
yanğın
türkiyə
fhn
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427618123_0:159:3076:1889_1920x0_80_0_0_2e70bf98d4025ed3f3a060e6b339a5b9.jpg
BAKI, 11 avqust — Sputnik. Artıq demək olar ki, yanğınlar nəzarət altındadır. Sabah yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik.Sputnik Azərbaycan xəbər verir ki, bunu Muğladakı böhran mərkəzində keçirilən müşavirədən sonra jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev deyib.Nazir müavini qeyd edib ki, Muğlada böhran mərkəzində keçirilən 3 saata yaxın müzakirə başa çatıb. Bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır.Əgər yanğının sondürülməsində bir az yubanma olsaydı, bunun qarşısını almaq çox çətin olacaqdıGeneral-leytenat avqustun 10-da olan son məlumatda bildirib ki, FHN-in 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77 yaxın yanğınsöndürmə avtomobilləri xidməti işlər görüblər. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocağlarının soyudulması işləri görüblər. Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb. Bizim orda 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının sondürülməsində bir az yubanma olsaydı bunun qarşısını almaq çox çətin olacaqdı.E.Mirzəyev yanğının fəsadları barədə vurğulayıb ki, gördüyünüz bu böhran mərkəzində yanğının vurduğu fəsadların aradan qaldırılması ilə bağlıda müzakirələr aparılır. Burada kənd təsərrüfatına dəyən ziyan hesablanır. Muğla əsasən arıçılıq və maldarlıqla məşğul olurlar. Bu ərazidə həmçinin evlərə dəyən ziyanlarda hesablanacaq. Bundan əlavə olaraq şəhərdə və rayonda olan rabitə və kommunikasiya xətlərinə dəyən ziyanlarda hesablanır.Türkiyə xalqının qardaşlığından danışan nazir müavini deyib ki, hər birimizin gördüyü kimi bu şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün həmçinin bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıqTürkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, meşə yanğınları ilə mücadiləmiz davam edir. Bizə yardım edən bütün dostlarımıza minnətdarıq. Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq. Yanğınla mübarizədə verilən dəstəyə görə bütün azərbaycanlı qardaşlarımıza çox-çox təşəkkür edirik.Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!" ifadəsini xatırladan nazir Bekir Pakdemirli Azərbaycanın yanğınla mücadiləyə verdiyi dəstəyi, canlı qüvvə və texnikanı sadalayaraq vurğulayıb ki, göstərilən kömək əsl qardaşlıq nümunəsidir.Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.Türkiyədə yanğınlarİyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.Eləcə də oxuyun:Qəbələdə yenə yanğın başlayıb, FHN helikopter göndəribAzərbaycan yanğınsöndürənləri bir kəndi məhv olmaqdan xilas etdilərAzərbaycanlılar yanğınlara görə Türkiyə turlarından imtina etmək niyyətində deyillər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427618123_174:0:2903:2047_1920x0_80_0_0_095546a9fb02888c863266a24ad084e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, yanğın, türkiyə, fhn, azərbaycan
xəbərlər, yanğın, türkiyə, fhn, azərbaycan
Etibar Mirzəyev: Türkiyədəki yanğın ocaqlarında artıq son işlər görülür
11:38 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar.
BAKI, 11 avqust — Sputnik. Artıq demək olar ki, yanğınlar nəzarət altındadır. Sabah yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Muğladakı böhran mərkəzində keçirilən müşavirədən sonra jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirinin müavini
Etibar Mirzəyev deyib.
Nazir müavini qeyd edib ki, Muğlada böhran mərkəzində keçirilən 3 saata yaxın müzakirə başa çatıb. Bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır.
Əgər yanğının sondürülməsində bir az yubanma olsaydı, bunun qarşısını almaq çox çətin olacaqdı
General-leytenat avqustun 10-da olan son məlumatda bildirib ki, FHN-in 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77 yaxın yanğınsöndürmə avtomobilləri xidməti işlər görüblər. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocağlarının soyudulması işləri görüblər. Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb. Bizim orda 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının sondürülməsində bir az yubanma olsaydı bunun qarşısını almaq çox çətin olacaqdı.
E.Mirzəyev yanğının fəsadları barədə vurğulayıb ki, gördüyünüz bu böhran mərkəzində yanğının vurduğu fəsadların aradan qaldırılması ilə bağlıda müzakirələr aparılır. Burada kənd təsərrüfatına dəyən ziyan hesablanır. Muğla əsasən arıçılıq və maldarlıqla məşğul olurlar. Bu ərazidə həmçinin evlərə dəyən ziyanlarda hesablanacaq. Bundan əlavə olaraq şəhərdə və rayonda olan rabitə və kommunikasiya xətlərinə dəyən ziyanlarda hesablanır.
Türkiyə xalqının qardaşlığından danışan nazir müavini deyib ki, hər birimizin gördüyü kimi bu şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün həmçinin bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!
Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, meşə yanğınları ilə mücadiləmiz davam edir. Bizə yardım edən bütün dostlarımıza minnətdarıq. Ən böyük yardımı qardaşımız Azərbaycandan aldıq. Yanğınla mübarizədə verilən dəstəyə görə bütün azərbaycanlı qardaşlarımıza çox-çox təşəkkür edirik.
Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!" ifadəsini xatırladan nazir Bekir Pakdemirli Azərbaycanın yanğınla mücadiləyə verdiyi dəstəyi, canlı qüvvə və texnikanı sadalayaraq vurğulayıb ki, göstərilən kömək əsl qardaşlıq nümunəsidir.
Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.
İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Azərbaycan yanğınsöndürənləri bir kəndi məhv olmaqdan xilas etdilər
Azərbaycanlılar yanğınlara görə
Türkiyə turlarından imtina etmək niyyətində deyillər