https://sputnik.az/20210811/Qebelede-yene-yangin-baslayib-FHN-helikopter-gonderib-427671054.html
Qəbələdə yenə yanğın başlayıb, FHN helikopter göndərib
Qəbələdə yenə yanğın başlayıb, FHN helikopter göndərib
Sputnik Azərbaycan
Yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. 11.08.2021, Sputnik Azərbaycan
2021-08-11T10:14+0400
2021-08-11T10:14+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
hadisə
qəbələ
yanğın
fhn
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41645/23/416452352_0:59:1000:624_1920x0_80_0_0_79e468269cb6109554bb6481863eb878.jpg
BAKI, 11 avqust - Sputnik. Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.Qeyd edək ki, bazar günü, avqustun 8-də iki rayonun meşə ərazisində yanğın olub. Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Bir neçə gündür, ölkənin müxtəlif ərazilərində meşə sahələrində yanğınlar qeydə alınır. Avqustun 2-də Yardımlıda, 3-də Lənkəranda, 5-də Ağsuda yanğınlar başlayıb. Cənubdakı yanğınlar avqustun 5-də söndürülüb. Ağsudakı yanğın avqustun 6-da söndürülsə də, həmin gün axşam saatlarında yenidən başlayıb və Şamaxı rayonu ərazisinə də keçib.Eləcə də oxuyun:Ağsuda yanğın söndürülübQuba və Qəbələdə meşə ərazisində yanğın olubMeşə yanğınları ilə bağlı vətəndaşlara çağırış
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41645/23/416452352_0:27:1000:656_1920x0_80_0_0_b9226b65a1f1eb4e20da222b332a0f2c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, qəbələ, yanğın, fhn, azərbaycan
xəbərlər, qəbələ, yanğın, fhn, azərbaycan
Qəbələdə yenə yanğın başlayıb, FHN helikopter göndərib
10:14 11.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
BAKI, 11 avqust - Sputnik. Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Qeyd edək ki, bazar günü, avqustun 8-də iki rayonun meşə ərazisində yanğın olub. Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb.
Bir neçə gündür, ölkənin müxtəlif ərazilərində meşə sahələrində yanğınlar qeydə alınır. Avqustun 2-də Yardımlıda, 3-də Lənkəranda, 5-də Ağsuda yanğınlar başlayıb. Cənubdakı yanğınlar avqustun 5-də söndürülüb. Ağsudakı yanğın avqustun 6-da söndürülsə də, həmin gün axşam saatlarında yenidən başlayıb və Şamaxı rayonu ərazisinə də keçib.