https://sputnik.az/20210808/yanginsondurenlerimiz-mughlda-IES-i-xilas-edibler-427654987.html
Xilasedicilərimiz Türkiyədə gecələr də işləyirlər: FHN son durumu açıqladı
Xilasedicilərimiz Türkiyədə gecələr də işləyirlər: FHN son durumu açıqladı
Sputnik Azərbaycan
Türkiyə Səhiyyə naziri Fahrettin Kocanın bildirdiyinə görə, yanğınlarda səkkiz nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb. 08.08.2021, Sputnik Azərbaycan
2021-08-08T20:13+0400
2021-08-08T20:13+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
yanğın
meşə yanğını
türkiyә
fhn
muğla
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/08/427654855_0:463:1200:1138_1920x0_80_0_0_ccea7062094dc4c26a62c9f797194715.jpg
BAKI, 8 avqust — Sputnik. Avqustun 5-də Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.Sputnik Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.Hazırda Muğla Ören ərazisində yerləşən strateji əhəmiyyətli Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında yanğından mühafizə tədbirləri davam etdirilir, sutkalıq növbətçilik təşkil olunub. Ötən gün ərzində FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən Yeniköy istilik elektrik stansiyasına yaxın olan ərazilərdə gecə saatlarında kəşfiyyat, yanğınsöndürmə və soyutma işləri həyata keçirilib.Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər. Bir sıra istiqamətlərdə işlər gecə saatlarında da davam etdirilib.Həmçinin, ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib. Eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.Son məlumatlara görə, hazırda Muğladakı Dalaman aeroportu yaxınlığındakı meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb. Yanğın aeroportun işinə təsir etməyib.Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Bir neçə gün ərzində ölkədə 200-dən çox yanğın ocağı qeydə alınıb. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.Türkiyə Səhiyyə naziri Fahrettin Kocanın bildirdiyinə görə, yanğınlarda səkkiz nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.Eləcə də oxuyun:Nazirlər zəngləşdilər: Türkiyənin yanındayıq, ehtiyac duyulan bütün dəstəyi göstərəcəyikPrezident İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olubAzərbaycanlılar yanğınlara görə Türkiyə turlarından imtina etmək niyyətində deyillər
muğla
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/08/427654855_0:350:1200:1250_1920x0_80_0_0_87adff4e046a52475f5a71b73b470737.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, yanğın, meşə yanğını, türkiyә, fhn, muğla, dünya, azərbaycan
xəbərlər, yanğın, meşə yanğını, türkiyә, fhn, muğla, dünya, azərbaycan
Xilasedicilərimiz Türkiyədə gecələr də işləyirlər: FHN son durumu açıqladı
20:13 08.08.2021 (Yenilənib: 00:00 17.11.2021) Türkiyə Səhiyyə naziri Fahrettin Kocanın bildirdiyinə görə, yanğınlarda səkkiz nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.
BAKI, 8 avqust — Sputnik. Avqustun 5-də Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Hazırda Muğla Ören ərazisində yerləşən strateji əhəmiyyətli Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında yanğından mühafizə tədbirləri davam etdirilir, sutkalıq növbətçilik təşkil olunub. Ötən gün ərzində FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən Yeniköy istilik elektrik stansiyasına yaxın olan ərazilərdə gecə saatlarında kəşfiyyat, yanğınsöndürmə və soyutma işləri həyata keçirilib.
Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər. Bir sıra istiqamətlərdə işlər gecə saatlarında da davam etdirilib.
Həmçinin, ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib. Eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.
Son məlumatlara görə, hazırda Muğladakı Dalaman aeroportu yaxınlığındakı meşəlik ərazidə başlayan yanğın nəzarət altına alınıb. Yanğın aeroportun işinə təsir etməyib.
Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Bir neçə gün ərzində ölkədə 200-dən çox yanğın ocağı qeydə alınıb. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Türkiyə Səhiyyə naziri Fahrettin Kocanın bildirdiyinə görə, yanğınlarda səkkiz nəfər həyatını itirib, 864 nəfər xəsarət alıb.
Nazirlər zəngləşdilər: Türkiyənin yanındayıq, ehtiyac duyulan bütün dəstəyi göstərəcəyik
Prezident İlham Əliyevlə Ərdoğan arasında
telefon danışığı olub