CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər zəngləşdilər: Türkiyənin yanındayıq, ehtiyac duyulan bütün dəstəyi göstərəcəyik

© AFP 2024 / ADEM ALTANДжейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива
Джейхун Байрамов и Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Abunə olmaq
Türk nazir Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib.
BAKI, 7 avqust - Sputnik. Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyəti müzakirə ediblər. Onlar həmçinin həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.
Türk nazir Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib.
Yanğınsöndürmə prosesinin gedişatı barədə məlumat verən Çavuşoğlu Antalyada yanğınların qarşısının alındığını və zərər çəkmiş infrakstrukturun bərpa olunması istiqamətində işlərin getdiyini qeyd edib. Eyni zamanda, bir sıra digər yerlərdə yanğının qarşısının alınması üzrə əməliyyatların hələ də davam etdiyini bildirib.
Öz növbəsində Ceyhun Bayramov Azərbaycan tərəfinin hər zaman qardaş Türkiyənin yanında olduğunu və ehtiyac duyulan bütün dəstəyi göstərməyə hazır olduğumuzu vurğulayıb.
05.08.2021 - 12:41
Çavuşoğlu Bayramovla telefonla danışdı
Azərbaycan Respublikası Xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyə li həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Sputnik Azərbaycan-a Azərbayan XİN-dən verilən məlumata görə, nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mevlüt Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.

Türkiyədə dəhşətli yanğınlar 

İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Hazırda 15 məntəqədə yanğının söndürülməsi davam edir, səkkiz gündə 167 yanğın ocağı isə nəzarət altına alınıb. Yanğın nəticəsində, son məlumatlara görə, səkkiz nəfər dünyasını dəyişib.
Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
 

Azərbaycandan dəstək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədəki dəhşətli yanğınlarda insanların həlak olması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. O, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkür edib.
Eləcə də oxuyun:
Azərbaycan Türkiyəyə yenə təyyarə göndərdi
Yanğınsöndürənlərimiz Türkiyədə təyinat məntəqəsini dəyişməyə məcbur oldular
FHN-in yanğınsöndürmə qüvvələri qardaş ölkədə fədakarlığı davam etdirir
Azərbaycanlı ekoloqlardan türkiyəli həmkarlarına dəstək
Xəbər lenti
0