CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıblar

© AR Ministry of Internal AffairsAğdamda polis əməkdaşı, arxiv şəkl
Ağdamda polis əməkdaşı, arxiv şəkl - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
İşğaldan azad edilmiş Kəlbəcərə keçmək iki qardaşa qismət olmayıb. Polisin saxladığı şəxslər indi məhkəmədə cavab verməli olacaqlar.
BAKI, 5 avqust — Sputnik. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa Habil Balaxanov qardaşlarını saxlayıblar. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbərdarlıqlara məhəl qoyulmur

Qeyd edək ki, DİN müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıq edib.
Ancaq buna baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.
İnsanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların  həyatı üçün təhlükəli ola bilər.
Eləcə də oxuyun:
Avtomobili polisin üzərinə sürən şəxslə bağlı cinayət işi başlanıb
İşğaldan azad olunan əraziyə keçərkən yaxalandı: Koronavirus bir dəfə onu xilas etmişdi
Qarabağa icazəsiz gedən azərbaycanlılar saxlanıldılar - FOTO
Xəbər lenti
0