https://sputnik.az/20210805/kelbecer-icasezi-kecmek-isteyen-427626092.html
Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıblar
Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıblar
Sputnik Azərbaycan
İşğaldan azad edilmiş Kəlbəcərə keçmək iki qardaşa qismət olmayıb. Polisin saxladığı şəxslər indi məhkəmədə cavab verməli olacaqlar. 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T12:17+0400
2021-08-05T12:17+0400
2021-11-17T00:00+0400
xəbərlər
cəmiyyət
işğaldan azad edilmiş ərazilər
qardaşlar
polis
qadağa
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425656076_0:593:2587:2048_1920x0_80_0_0_c757956a7e5216db8a8533a371a5456a.jpg
BAKI, 5 avqust — Sputnik. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıblar. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.Xəbərdarlıqlara məhəl qoyulmurQeyd edək ki, DİN müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıq edib.Ancaq buna baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.İnsanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların həyatı üçün təhlükəli ola bilər.Eləcə də oxuyun:Avtomobili polisin üzərinə sürən şəxslə bağlı cinayət işi başlanıbİşğaldan azad olunan əraziyə keçərkən yaxalandı: Koronavirus bir dəfə onu xilas etmişdiQarabağa icazəsiz gedən azərbaycanlılar saxlanıldılar - FOTO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425656076_0:0:2587:1941_1920x0_80_0_0_dd0cd3b016fe772f33cd8bfa869ce544.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, işğaldan azad edilmiş ərazilər, qardaşlar, polis, qadağa, azərbaycan
xəbərlər, işğaldan azad edilmiş ərazilər, qardaşlar, polis, qadağa, azərbaycan
Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanılıblar
12:17 05.08.2021 (Yenilənib: 00:00 17.11.2021) İşğaldan azad edilmiş Kəlbəcərə keçmək iki qardaşa qismət olmayıb. Polisin saxladığı şəxslər indi məhkəmədə cavab verməli olacaqlar.
BAKI, 5 avqust — Sputnik. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıblar. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.
Daxili İşlər Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Xəbərdarlıqlara məhəl qoyulmur
Qeyd edək ki, DİN müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıq edib.
Ancaq buna baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.
İnsanların polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfər insanların həyatı üçün təhlükəli ola bilər.
İşğaldan azad olunan əraziyə keçərkən yaxalandı:
Koronavirus bir dəfə onu xilas etmişdi