13:24 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Həkim müayinəsi nəticəsində COVID-19 virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb.

BAKI, 3 may — Sputnik. Aprelin 22-də saat 6 radələrində Ağdam rayon sakini Rəşad Əliyev Təzəkənd kəndi ərazisindən işğaldan azad olunan əraziyə icazəsiz keçərkən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə protokol tərtib olunaraq rayon məhkəməsi tərəfindən 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilib. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Həkim müayinəsi nəticəsində COVID-19 virusuna yoluxduğu aşkarlandığından o, müalicə alması üçün evə buraxılıb.

Lakin mayın 2-də saat 5 radələrində R.Əliyev “VAZ-21015” markalı avtomobillə evi tərk edərək Təzəkənd kəndi ərazisində yerləşən nəzarət postundan keçərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq postun şlaqbaumunu qıraraq işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin qarşısı alınıb, tibbi prosedurlar gözlənilməklə o, evinə qaytarılıb.

Xəstəliklərin yayılmasına real təhlükə yaratdığına görə onun barəsində Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Əsas mövzular