Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qarabağa icazəsiz gedən azərbaycanlılar saxlanıldılar - FOTO

© AR Ministry of Internal AffairsAğdamda polis əməkdaşı, arxiv şəkl
Ağdamda polis əməkdaşı, arxiv şəkl - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Abunə olmaq
Polisin saxladığı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbirlər görülüb.

BAKI, 8 mart - Sputnik. Səhərə yaxın Füzuli rayonu ərazisində polis işçilərinin sayıqlığını yoxlamağa cəhd edənlər saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 7-də gecə saat 5 radələrində DİN-in polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 avtomobildə olan 4 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətirilib.

© AR Ministry of Internal Affairsİşğaldan azad edilmiş ərazilərə qanunsuz keçməyə çalışan Beyləqan sakinləri
Qarabağa icazəsiz gedən azərbaycanlılar saxlanıldılar - FOTO - Sputnik Azərbaycan, 1920, 08.03.2021
İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçməyə çalışan Beyləqan sakinləri

Araşdırmalarla onların Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri S.Teymurlu, H.Şirinov, C.Əşrəfli və F.Əbilov olmaları müəyyən edilib. Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, DİN müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıq edib.

Xəbər lenti
0