BAKI, 4 iyun — Sputnik. “AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunlarını Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdikləri minanın qurbanı olublar”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter-də yazıb.
Journalists of AzTV&Azertag became victims of mine deliberately put by Armenia while withdrawing its troops from Kalbajar. International institutions are called for solidarity and condemning this incident. Siraj Abishov and Maharram Ibrahimov Rest in Peace! Allah rəhmət eləsin! pic.twitter.com/TENYUAGVS0
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 4, 2021
“Beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq. Sirac Abışov və Məhərrəm İbrahimova Allah rəhmət eləsin”, – H.Hacıyev qeyd edib.
Kəlbəcərdə faciə
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Beynəlxalq aləmə çağırışlar
Azərbaycanlı jurnalistlərin Qarabağda həlak olması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Ombudsmanı, Baş prokuror, Mətbuat Şurası və digərləri bəyanat yayaraq beynəlxalq qurumları mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq göstərməyə səsləyiblər. Azərbaycan Ombudsmanı diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov isə: "Biz Ermənistanı mina xəritələrini verməyə çağırırıq. Onlar hər gün bu tələbi rədd edirlər. Daha çox həyat təhlükə altındadır!" - deyə sosial şəbəkədəki paylaşımında bildirib.
Eləcə də oxuyun:
-
Jurnalistlərin avtomobili minaya düşdü - üç nəfər həlak olub, dörd nəfər yaralanıb - VİDEO
-
Bu gün minaya düşən şəxslərə şəhid statusu veriləcək
-
Qarabağda ölmək şərəfdir: Jurnalistlər minaya düşərək həlak olan həmkarları barədə
-
Baş prokurordan Kəlbəcərdə minaya düşənlərlə bağlı beynəlxalq təşkilatlara müraciət
-
Azərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb
-
Ceyhun Bayramov: "Daha çox həyat təhlükə altındadır"
-
Azərbaycan Ombudsmanı Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı