Bu gün minaya düşən şəxslərə şəhid statusu veriləcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidГосударственный флаг Азербайджана на фоне здания Национального собрания Азербайджана в Баку.
Государственный флаг Азербайджана на фоне здания Национального собрания Азербайджана в Баку. - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Fazil Talıblı: Erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir.

BAKI, 4 iyun — Sputnik. "Həmkarlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək həlak olması hamımızı sarsıtdı. Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır".

Sputnik Azərbaycan xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov "Facebook" səhifəsində bildirib. O qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir:

"Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək. Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!"

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KamAZ" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Həmçinin oxuyun:

* Jurnalistlərin avtomobili minaya düşdü - üç nəfər həlak olub, dörd nəfər yaralanıb - VİDEO

* Mətbuat Şurası jurnalistlərin ölümü ilə bağlı müraciət ünvanlayacaq

Xəbər lenti
0