CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yardımla bağlı saxtakarlıq edən vəzifəli şəxslər məhkəməyə çıxarılacaqlar

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidПорфель чиновника, фото из архива
Порфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.05.2021
Abunə olmaq
DSMF-nin Şabran rayon şöbəsinin sabiq müdirinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

BAKI, 16 may — Sputnik. Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin sabiq müdirinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində 2017-2020-ci illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası vəziyyətinin yoxlanılması zamanı nöqsanların aşkar edilməsi faktı ilə bağlı həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaq aparılıb.

Müəyyən edilib ki, Fondun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayev işlədiyi müddətdə həmin şöbənin mühasibat uçotu sektorunun müdiri Elvin Hüseynov və digər vəzifəli şəxsləri ilə birlikdə vətəndaşların müraciəti əsasında ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsaslar olduğu halda, vəzifə saxtarkarlığına yol verməklə dövlət büdcəsinə ümumilikdə 341 min manat ziyan vurublar.

Toplanan sübutlarla İlqar Rzayev, Elvin Hüseynov və digərlərinə CM-nin 179.3.2 (israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı vurulmuş maddi ziyanın 138 min manat olan hissəsinin ödənilməsi təmin edilib.

Eləcə də oxuyun: 

Birdəfəlik verilən uşaq pulunun verilməsi zamanı problemlər bundan qaynaqlanır

KİV-lər və QHT-lər xidməti müqavilə ilə işçi çalışdıra bilməyəcəklər

Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

Nazir: "DSMF-nin büdcə asılılığı azalıb"

 

Xəbər lenti
0