BAKI, 3 fevral — Sputnik. "Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb və Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə asılılığı azalıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Əgər 2017-ci ildə büdcədən maliyyələşmənin xüsusi çəkisi 38,1% idisə, 2020-ci ildə bu göstərici 25%-dən azdır", - deyə o qeyd edib.