CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birdəfəlik verilən uşaq pulunun verilməsi zamanı problemlər bundan qaynaqlanır

© Sputnik / Elvin AhmadПустышка, манат и игрушка, фото из архива
Пустышка, манат и игрушка, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
"Yalnız birdəfəlik müaviənt zamanı deyil, əmək qabiliyyətinin müvəqqəti itirilməyə görə də təyin olunan müavinətlərin alınması zamanı da belə problemlər yaranır" - Səfər Mehdiyev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. "Uşaq doğulduqda təyin olunan birdəfəlik müavinətin alınması zamanı vətəndaşlar müəyyən problemlər yaşayırlar. Qeyd edim ki, bu yalnız birdəfəlik müaviənt zamanı deyil, əmək qabiliyyətinin müvəqqəti itirilməyə görə də təyin olunan müavinətlərin alınması zamanı da belə problemlər yaranır". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev Sputnik Azərbaycan-ın sualını cavablayarkən deyib.

O uşaq pulunun alınması zamanı yaranan problemə belə ayudənlıq gətirib: "Uşağın anadan olmasına görə birdəfəlik 200 manat verilir. Şəxs işləmədikdə DSMF-ə müraciət edilir. İşləyirsə, bu zaman sığorta edən tərəfə müraciət edir və məlumatlar sığorta edən tərəfdən bizim mərkəzi filiala yönləndirilir və ödəniş həyata keçirilir. Uşaq pulunu ala bilməməklə əlaqədar olaraq faktlar çoxdur, bununla bağlı müraciətlər daxil olur. Nəticə etibarı ilə məlum olur ki, sığorta edənlər tərəfindən məlumat düzgün verilməyib və sənədlər yanlış olaraq göndərilib. Belə olan halda şəxsə müaviəntin verilməsi yubadılır. Mühasib isə bildirir ki, mən göndərmişəm, mənlə bağlı problem yoxdur. Nəticə etibarı ilə onlar problemi DSMF-nin boynuna atırlar".

Женщина у банкомата - Sputnik Azərbaycan, 1920, 20.04.2021
CƏMİYYƏT
Müavinət, təqaüd və kompensasiya almaq üçün müraciət qaydası dəyişdi

Qeyd edək ki, 2019-cu ildə dövlət başçısı tərəfindən təqdim edilən və 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paketin tərkib hissəsi kimi, ölkədə uşağın anadan olmasına görə birdəfəlik müavinət 190 manatdan 200 manata çatdırılıb.

Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki vəya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);

doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);

iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).

Xəbər lenti
0