CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərənin öz qanunu - İndi uşaqların da məcəlləsi olacaq

CC0 / Pexels / ParentsAilə
Ailə - Sputnik Azərbaycan
Abunə olmaq
"Uşaq Məcəlləsi" layihəsi tamamlandıqdan sonra 2020-ci ildə Milli Məclisə təqdim ediləcək. Məcəlləyə əsasən, on bir dövlət təşkilatı uşaqların müdafiəsinə cavabdeh olacaq

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Azərbaycanda "Uşaq Məcəlləsi" layihəsi işlənib hazırlanıb. Bunu Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, hazırda sənəd üzərində iş yekunlaşma mərhələsindədir. Yekunlaşdıqdan sonra 2020-ci ildə Milli Məclisə təqdim ediləcək.

Yaşayış binası, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda uşaq dördüncü mərtəbədən yıxılıb

Bu sənəd Azərbaycanda indiyə qədər uşaqların hüquqlarının qorunması ilə bağlı mövcud olan bütün normaları özündə cəmləşdirəcək. Buraya əvvəllər ölkədə mövcud olan qanunvericilik aktlarında əksini tapmamış komponentlər də daxildir.

"Bu, sadəcə bir sənəd deyil. Buraya zorakılığa məruz qalan uşaqların, əlillərin, təhsil sisteminin, səhiyyə sisteminin və sosial təsisatların hüquqlarının müdafiəsi ilə bağlı komponentlər daxil ediləcək. Məcəlləyə uyğun olaraq, daha 11 dövlət təşkilatı uşaqların müdafiəsinə cavabdeh olacaq", - deyə Səfərov bildirib.

Hazırda buna oxşar məcəllələr Almaniya, Fransa, Avstriya və digər ölkələrdə mövcuddur. Azərbaycanda onun analoqunu yaratmaq üçün beynəlxalq təcrübə və BMT standartları əsas götürülüb. Yeri gəlmişkən, sözügedən məcəllənin yaradılması ideyası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çıxış edib.

Qeyd etmək lazımdır ki, Uşaq Məcəlləsində valideyn hüquqlarından məhrumetmə qaydaları və şərtləri də yer alacaq.

Dəniz, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Nardaran çimərliyində batan 4 uşaqdan sonuncusunun meyiti taplıb

Səfərovun sözlərinə görə, valideyn hüquqlarından məhrum edilmənin səbəbləri valideynlərin fəaliyyətsizliyi, yetkinlik yaşına çatmayanlara qayğı göstərilməməsi, uşaqlara laqeyd münasibət, təhsil və inkişafa mane olmaq, tibbi müayinənin olmaması ola bilər.

"Əgər biz uşağın ümumiyyətlə məktəbə və digər təhsil müəssisələrinə getmədiyini görsək, ilk növbədə səbəbi valideynlərdə axtarırıq. Çox vaxt məktəblərin özlərində bu məlumatları aşkarlayaraq yerli icra hakimiyyəti orqanlarına göndərirlər", - Səfərov bildirib.

Bəzən bölgələrdə valideynlər qızları qəsdən tam orta təhsil almaq imkanından məhrum edirlər ki, universitetlərə daxil ola bilməsinlər. Onlara peşəkar idman növləri ilə məşğul olmağı da qadağan edirlər. Bundan sonra təhsili olmayan qızlar zorla evlənməyə məcbur edilirlər. Belə şərtlər bəzən yetkinlik yaşına çatmayanların intiharına səbəb olur.

Belə hallardan biri bu yaxınlarda Zaqatala rayonunda baş verib. Orada 17 yaşlı Gülər İsmayılova 32 yaşlı kişi ilə nişanlanmadan bir gün əvvəl intihar edib. Ondan sonra, avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində oxşar hadisə baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb. Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.

Нападающий клуба «Ливерпуль» Мохамед Салах уже в новой форме клуба - Sputnik Azərbaycan
İDMAN
Burnu qanayan uşaqla şəkli yayılan müsəlman futbolçunun həbsi istənildi

Valideyn məsələsində doğuşdan bəxti gətirməyənlər təkcə qızlar deyil. Çox vaxt regionlarda, kənd yerlərində böyüklər oğlan uşaqlarını kənd təsərrüfatında işləməyə məcbur edirlər. Beləliklə, uşaqlar dərsləri buraxmaq məcburiyyətində qalırlar. Belə hallarda dövlət komitəsi kömək üçün hüquq-mühafizə orqanlarına müraciət edir.

"Bəzən uşağı bir dövlət müəssisəsinə yerləşdirmək və böyükləri valideyn hüquqlarından məhrum etmək, uşağı intihar vəziyyətinə gətirmək və ya inkişafını ləngitməkdən daha yaxşıdır", - deyə Səfərov əlavə edib.

Qeyd etmək lazımdır ki, Uşaq Məcəlləsi dövlət komitəsinin mütəxəssislərinin üzərində işlədiyi yeganə sənəd deyil. Yaxın vaxtlarda ictimaiyyətin müzakirəsinə daha dörd qanunvericilik aktı təqdim ediləcək.

Xəbər lenti
0