Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Burnu qanayan uşaqla şəkli yayılan müsəlman futbolçunun həbsi istənildi

© AFP 2024 / Oli ScarffНападающий клуба «Ливерпуль» Мохамед Салах уже в новой форме клуба
Нападающий клуба «Ливерпуль» Мохамед Салах уже в новой форме клуба - Sputnik Azərbaycan
Abunə olmaq
"Luis deyir ki, burnumun qırılmağına dəyərdi"

BAKI, 11 avqust — Sputnik. İngiltərənin "Liverpul" klubunun müsəlman oyunçusu Məhəmməd Salahın başına iş gəlib.

Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, kiçik azarkeşlərindən biri Salahın maşınını görən zaman o qədər sevinib ki, maşının yanıyla qaçanda işıq dirəyini görməyib. Dirəklə toqquşan uşaq üzündən zədə alıb və huşunu itirib. 

8 yaşlı Luis Fauler və onun 10 yaşlı qardaşı Ayzek Liverpulda, "Liverpul"un məşq bazası Melvudun yaxınlığında yaşayırlar və klubun, xüsusilə də Salahın azarkeşləridirlər.

"Bütün yay tətilini uşaqlar meydançanın yanından çəkilməyiblər ki, sevimli futbolçularını görə bilsinlər" , - uşaqların ögey atası Co Kuper Liverpool Echo-ya deyib.

Футбольное поле и мяч - Sputnik Azərbaycan
İDMAN
Çempionlar Liqasında oynayacaq klubun meydançasının damı çökdü

Luislə Ayzek avqustun 10-da sevimli futbolçularını gözlədikləri zaman bu hadisə baş verib. Uşaqlar bazadan Məhəmməd Salahın "Bentley" maşınının çıxdığını görən kimi onun yanıyla qaçmağa, əl edib hücumçunun diqqətini cəlb etməyə çalışıblar. Luis işıq dirəyinə dəyib, huşunu itirərək yıxılıb.

Qonşuları uşaqları evlərinə tərəf aparıb təcili yardım briqadasını çağırdıqları anda Salahın maşını ilə onların küçəsinə döndüyünü görüblər. Sən demə, uşağın dirəklə toqquşduğunu Salah görübmüş və onun durumuyla maraqlanmaq üçün adamların arxasınca gəlib. Bunu görən kiçik fanatlar xoşagəlməz hadisəyə rəğmən, həddən artıq seviniblər.

"Məhəmməd maşınından düşəndə uşaqlar sevinclərindən bağırmağa başladılar, Ayzek isə isterikaya düşüb, kumirini qucaqladı, - Kuper deyib.  - Salah bizdən elə üzr istəyirdi ki, sanki günahkar o olub".

Fubolçu özünə gələn Luis və qardaşı ilə şəkil çəkdirib, bundan sonra kiçik Fauleri xəstəxanaya aparıb qırılan burnunu düzəldiblər.

Co Kuper isə Twitter-də Məhəmməd Salaha təşəkkür edərək uşaqlarının onunla şəklini yayıb.

​"@MoSalah, sizinlə salamlaşmaq istəyən Luis özü xəsarət aldıqdan sonra mənim oğlanlarımın durumuna baxmağa gəldiyiniz üçün  sizə təşəkkür edirəm! O sizi o qədər sevir ki, siz onu qucaqlayanda ağrısı anidən yox oldu. Luis deyir ki, burnumun qırılmağına dəyərdi. Siz, sadəcə çox yaxşı adam və əsl centlmensiniz", - Kuper yazıb.

Hadisədən xəbər tutan sosial şəbəkə izləyicilərinin çoxu Salahın hərəkətindən məmnunluqlarını bildirsə də, Salahı tənqid edənlər də olub.

​@AWBmasterclass adlı istifadəçi: "Salah uşağı əzib, sonra isə şəkil çəkdirməyə vadar edib ki, polislə problemləri olmasın? Paylaşın, paylaşın ki, Məhəmməd Salahı həbs etsinlər", - yazıb. Onun bu tvitinə isə "niyə yalan yazırsan" deyə reaksiya veriblər.

Xəbər lenti
0