CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda uşaq dördüncü mərtəbədən yıxılıb

© Sputnik / Anar MustafayevYaşayış binası, arxiv şəkli
Yaşayış binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq reanimasiyaya yerləşdirilib.

BAKI, 13 avqust — Sputnik. Bakıda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, hadisə Nəsimi rayonu 4-cü mkr, Mircəlal 4 ünvanında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı öz evlərinin eyvanından yıxılaraq xəsarət alıb.

4-cü mərtəbədən yıxılan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, sol bud sümüyünün sınığı diaqnozu qoyulub və 12 yaşlı uşaq reanimasiyaya yerləşdirilib.

Xəbər lenti
0