01:19 26 Fevral 2018
Canlı yayım
Çirkli su. Arxiv şəkli

Turizm cənnətində krandan palçıq gəlir

© Foto: STR
CƏMİYYƏT
Qısa URL
610120

Şəkililər su idarəsindən onların suyu içib xəstələndikləri üçün kompensasiya istəyə bilərlər.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 avq-Sputnik. Şəki sakinləri illərdir, inci saflığı olan su üzünə həsrət qalıblar. Xüsusilə də yaz aylarında, yağışlar dövründə bulaqlardan su əvəzinə sözün əsl mənasında palçıq gəlir. Su nə təmizlənir, nə də ki, sterilizə olunur. Ümumiyyətlə, şəhərin su kanalizasiya sisteminin köklü surətdə dəyişdirilməsinə ehtiyac var.

Bu problem Şəkinin bütün sakinlərinin illərdir həllini gözlədiyi məsələdir. İlin əksər vaxtlarında suyun lilli gəlməsi artıq adi hal alıb. Şəhərin su təmizləyici qurğularının işlək vəziyyətdə olmaması, mövcud sistemin əhalinin tələbatını ödəyə bilməməsi, su təmizləyici aqreqatların yoxluğu vəziyyətin acınacaqlı hal almasına gətirib çıxarıb. Əsasən də yağmurlu havalarda Şəkidəki sularda "inci saflığı"ndan əsər-əlamət qalmır.

Şəki sakini Gülnaz Qaziyeva Sputnik-ə bildirib ki, krandan gələn palçığa görə, gəlib hər ay onlardan su pulu yığırlar. Artıq şəkililər bu qənaətə gəliblər ki, su idarəsindən onların suyu içib xəstələndikləri üçün kompensasiya istəsinlər:  

"Deyirəm, siz bizə su verin, biz də pulunu verək. Bu vəziyyətdə, əksinə, siz bizə pul ödəyin ki, biz bu suyu içdikdən sonra gedib müalicə olunaq."

O qeyd edib ki, Şəki Azərbaycanın dilbər guşələrindən biridir. Hər il bura minlərlə xarici və yerli turist gəlir. Sözügedən bölgədə turizmi inkişaf etdirmək, turistlərin istirahətinin yaxşı təmin olunması üçün təmiz su vacib şərtlərdən biridir.

Su problemi ilə qarşılaşan turistlərdən biri də Nurlan Kərimovdur: "Şəkinin təbiəti, qədimiliyi məni cəlb etsə də, su problemi burada uzun müddət qalmağımıza mane oldu. Şəkiyə gedəndə fikirləşdim ki, orada doyunca bulaq suyu içərəm. Ağlıma da gəlməzdi ki, Şəkinin suyu paytaxtın suyundan da çirkli ola bilər. Ona görə də istirahət etmək üçün başqa bölgələrə üz tutmağa məcbur olduq."

Əlbəttə, həyat mənbəyi olan suyun bu cür çirkli olması böyükdən tutmuş uşağadək hər kəsin sağlamlığına ciddi təhlükədir. Bu sudan istifadə isə insanlarda müxtəlif xəstəliklərin yaranmasına rəvac verə bilər. 

Ancaq Şəki Su Kanal TSC-dən Sputnik-ə bildiriblər ki, məsələdən xəbərdardırlar və hazırki vəziyyətdə bu problemin həlli qeyri-mümkündür. Lakin şəhərin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Artıq ilk iki mərhələ yekunlaşıb.

İllərdir şəkililərin ən ağrılı yeri olan su problemi iki il sonra, yenə bir əmma çıxmazsa, sona yetəcək. Şəkililər hələ 2 il də palçıqlı sudan istifadə etmək məcburiyyətindədilər.

Əlaqədar

Azərbaycanda su ehtiyatları tükənir
Diqqət: bu gün Bakının bəzi yerlərində içməli su olmayacaq
Bakının 7 rayonunda 1 sutka su problemi yaşanacaq
Əhaliyə verilən su ilə bağlı təhlükəli xəbərdarlıq
Bakının bu ərazisində 2 gün su olmayacaq
Teqlər:
palçıq, su, turizm, Şəki, Azərbaycan

Əsas mövzular