CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhaliyə verilən su ilə bağlı təhlükəli xəbərdarlıq

İçməli su
İçməli su - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniyalı ekspertlər Azərbaycan əhalisinə verilən su ilə heç diş yumağı da tövsiyə etmirlər. "Azərsu" isə bu iddiaları qətiyyətlə rədd edir.

BAKI, 13 iyul — Sputnik. Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir. APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri ekspertlərə istinadən yazır.

İçməli su - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtın bu ərazilərinə içməli su verilməsi dayandırılacaq

Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib. Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı "üçüncü ölkələr" sırasına aid edib.

"Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik", — deyə ekspertlər qeyd ediblər.

Analoji vəziyyət Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdədir.

"Azərsu" ASC Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşrinin ekspertlərinin Azərbaycan əhalisinə verilən suyun insan sağlamlığı üçün təhlükəli olduğu barədə məlumatına cavab verib. ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Sputnik-in sorğusuna cavab olaraq bildirib ki, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır.

© Piar“Azərsu” ASC-nin binası
“Azərsu” ASC-nin binası - Sputnik Azərbaycan
“Azərsu” ASC-nin binası

O deyib: "Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və "Azərsu" ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla, Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur".

"Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi Abu Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib", — deyə A. Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyata keçirilib ki, artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb.

"Bununla da həmin şəhərlərdə əhalinin keyfiyyətli içməli su ilə təminatına nail olunub. İçməli suyun mənbələrdən istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə onun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən içməli suyun keyfiyyət göstəricilərinə dövlət nəzarəti həyata keçirilir", — ASC yetkilisi bəyan edib.

"Azərsu" sözçüsü əlavə edib ki, bu gün paytaxt Bakı da daxil olmaqla, əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta onu içirlər.

Xəbər lenti
0