21:06 25 Fevral 2018
Canlı yayım
Ana və uşaq

Bu şərtlərdə kim valideyn olmaq istəyər ki?!

CC BY 2.0 / Bridget Coila / Holding Hands With a Newborn Baby
CƏMİYYƏT
Qısa URL
318620

Azərbaycanda övlad sahibi olan insanlara ödənilən müavinətin məbləği son dərəcə azdır. Bu sahədə Belorusdan belə, qat-qat geridəyik.

BAKI, 10 iyun — Sputnik. Uşaq dünyaya gələndən sonra, valideynlərə kömək məqsədi ilə birdəfəlik yardım və anaların məzuniyyəti zamanı övladlarının xərcini ödəmək üçün dövlət tərəfindən yardım edilir. Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir. Azərbaycan qanunvericiliyinə əsasən, uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, müavinət işləyən ataya verilir.

Yeni valideyn olan Ləman Qocayeva Sputnik-ə açıqlamasında, Azərbaycanda uşağa qulluğa görə verilən müavinətin azlığından gileylənib: "Dəhşət çox pul verilir axı, adam bilmir, nəyə xərcləsin".

Vüsal Qarayev də valideyndir, lakin heç bir uşağına görə pul almadığını, həyat yoldaşının işləmədiyi üçün onlara heç bir yardım düşmədiyini bildirib.

Digər valideyn Nailə Babayeva isə başqa problemdən narazıdır: "O qədər sənəd istəyirlər ki, o sənədləri toplamaq üçün verdikləri müavinətin 3 qatı çıxır. Belə müavinəti neynirik?!".

Bir çox gənc valideyinlər isə, ümumiyyətlə belə bir müavinətin olduğundan xəbərsiz olduqlarını dilə gətiriblər.

İqtisadi ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında, işləyənlər üçün dövlət tərəfindən təyin olunan yaşayış minimumun 136 manat olduğunu qeyd edib: "Amma uşaqlar üçün yaşayış minimumu dövlət tərəfindən 100 manat təyin edilib. Bu gün minimum uşaq yaşayışı üçün pul ödənilmir və normadan qat-qat az pul verilir. Hesab edirəm ki, rəqəmlər aşağıdır və bununla valideynə keç cür kömək etmək olmaz. Uşaq puluların qiymətini qaldırmaq lazımdır, əks halda əhalinin sayının azalması get-gedə daha çox özünü göstərəcək".

Bəs ana və uşaq müavinətləri ilə bağlı Avropa ölkələrində vəziyyət necədir? Sputnik-in əməkdaşı bu mövzuda xaricdə yaşayan həmvətənlərimizin fikirlərini öyrənib.

Belarusda yaşayan həmvətənimiz İlham İdrisoğlu: "Belarusda 3 yaşına qədər uşağa ayda 120 dollar (173 manat) verilir. Burada ümumiyyətlə uşağa və uşaqlı analara böyük qayğı göstərirlər. Ailə başçısını itirənlərə 18 yaşadək uuşaqpulu verilir".

Böyük Britaniyada yaşayan Çinarə Cəfərova: "Böyük Britaniyada vəziyyət fərqlidir. Əgər valideynlərin maaşı müəyyən miqdardan artıqdırsa, öz uşağını təmin edə bilirsə, uşaq pulu verilmir. Əgər aşağıdırsa, ayda 1-ci uşağa təxminən 80 funt (168 manat), digər uşaqlara isə 52 funt (109 manat) verilir. Aztəminatlı ailədirsə".

Türkiyədə yaşayan Mayis Əlizadə: "Türkiyədə uşaqların tibbi sığortası var və bunu hökumət öz hesabına edir. Doğuşa yardım olaraq 1-ci uşaq üçün 300 TL (165 manat), 2-ci uşaq üçün 400 TL (205 manat), 3-cü və daha artıq hər bir uşaq üçün 600 TL (310 manat) verilir. Türkiyədə uşaqlara yardım 2 cürdür. 0-6 yaşdakı uşaqlar üçün səhiyyə yardımı adı altında hər birinə ayda 30 TL (16 manat) yardım edilir. Təhsil yardımı olaraq məktəbə başlayan uşaqlar üçün isə 1-8-ci siniflər arasında qız uşaqlarına ilin 9 ayı hər ay 35 TL (18 manat), oğlan uşaqları üçün isə hər ay 30 TL (14 manat) pul ayrılır. Litsey yaşındakılara, 9-12-ci siniflər arası qız uşaqlarına ilin 9 ayı hər ay 55 TL (29 manat), oğlan uşaqlarına isə hər ay 45 TL (21 manat) verilir".

Hollandiyada yaşayan Vüqar Abbasov: "Hollandiyada 18 yaşa kimi uşaq pulu verilir, amma yaş artdıqca və uşağın tələbatı artdıqca verilən pulun məbləği dəyişir. Ən azı 150-200 avro (240-320 manat) verilir hər uşaq üçün. Onu da qeyd edim ki, Hollandiyada yaşama izni olan hər kəsə şamil edilir bu qanun".

Almaniyada yaşayan Məhsəti Quluzadə: "Almaniyada "valideyn pulu" adlanan yardım 300 avrodur (480 manat). Valideyn pulu, təxminən 1 və ya 2 il verilir. "Uşaqpulu" isə hər uşağa 190 avro (304 manat) olmaqla, 18 yaşına qədər ödənir. Əgər uşaq təhsil alırsa, 25 yaşa qədər davam edir. Uşaq pulunun verilməsi 3-cü uşaqdan sonra olan uşaqlara isə aylıq 210 avro (336 manat) uşaq pulu verilir".

Azərbaycan qanunvericiliyinə görə, işləyən valideynə müavinət, onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. Eyni zamanda uşağa qulluğa görə müavinət və ya el dilində desək, "uşaq pulu" isə bu şərtlərlə valideynlərə verilir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədilə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib.

Əlaqədar

Sağlamlıq imkanı məhdud uşaqlara müxtəlif peşələr öyrədilir
Azərbaycanda ayı uşaq bağçasına hücum edib
Deputat uşaqları internetdən uzaq tutmağı təklif edir
İşsizliyə görə müavinətin məbləği artırılacaq
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı
Sosial yardım alan hər kəsə 50 manat birdəfəlik müavinət veriləcək
Teqlər:
Avropa, Azərbaycan, yardım, müavinət, valideyn, övlad, uşaq, ata, ana

Əsas mövzular