CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Küçə uşaqlarının həyatındakı dəhşətli reallıqlar

© Photo : bngdesignsKüçə uşağı
Küçə uşağı - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğu olunan hər beş uşaqdan ikisi küçələrdə qazandığı pulun bir hissəsini hədə-qorxu altında kiməsə verib-vermədiyini söyləməkdən imtina edib

BAKI, 12 may — Sputnik. Küçə uşaqlarının həyat tərzi onların sağlamlığına təsir edir. Sorğu olunan oğlanların cəmi 3 faizi tamamilə sağlam olduqlarını, qızların isə heç biri özünü tam sağlam hesab etmədiyini bildirib.

Sputnik Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Küçə uşaqları"na dair seçmə statistik müayinənin nəticələrinin təhlilində yer alıb. Statistik müayinə Bakı şəhərində yaşayan və seçməyə düşmüş 9-17 yaşda olan 208 baxımsız küçə uşağını, o cümlədən 165 oğlan və 43 qızı əhatə edib.

Online network - Sputnik Azərbaycan
Deputat uşaqları internetdən uzaq tutmağı təklif edir

Sorğu olunan hər on uşaqdan doqquzu İnsanın İmmunçatışmazlıq Virusu (İİV), Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) və cinsi yolla keçən xəstəliklər barədə məlumatlara malik olmadığını bildirib.

Uşaqların sağlamlığını təmin edən mühüm amillərdən biri də gün ərzində kifayət qədər və düzgün qidalanmadan ibarətdir. Qızların yarıdan çoxu, oğlanların isə üçdə iki hissəsi lazımi səviyyədə qidalanmadığını qeyd edib.

Küçə uşaqları müxtəlif xəstəliklərdən başqa, digər təhlükələrlə də üzləşirlər. Qızların üçdə ikisi və oğlanların 60 faizi iş vaxtı döyülmədiklərini bildiriblər.

Uşaqların üçdə ikisi böyüklər tərəfindən onlara qarşı seksual xarakterli zorakılıq hallarının olmadığını söyləyib, qalanları isə bu suala cavab vermək istəməyib.

Sorğu olunan hər beş uşaqdan ikisi küçələrdə qazandığı pulun bir hissəsini hədə-qorxu altında kiməsə verib-vermədiyini söyləməkdən imtina edib. Uşaqların üçdə bir hissəsindən çoxu qazandığı pulları hədə-qorxu altında heç kimə vermədiyini, hər səkkiz nəfərdən biri isə valideynlərinə və ya qohumlarına verdiyini bildirib.

Xəbər lenti
0