CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Quba və Qəbələdə meşə ərazisində yanğın olub

© Sputnik / Rashad KeremogluYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. 
BAKI, 8 avqust - Sputnik. Bazar günü, avqustun 8-də iki rayonun meşə ərazisində yanğın başlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Bildirilir ki, Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb. 
Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınlar söndürülüb.
Qeyd edək ki, bir neçə gündür, ölkənin müxtəlif ərazilərində meşə sahələrində yanğınlar qeydə alınır. Avqustun 2-də Yardımlıda, 3-də Lənkəranda, 5-də Ağsuda yanğınlar başlayıb. Cənubdakı yanğınlar avqustun 5-də söndürülüb. Ağsudakı yanğın avqustun 6-da söndürülsə də, həmin gün axşam saatlarında yenidən başlayıb və Şamaxı rayonu ərazisinə də keçib.
Eləcə də oxuyun:
Meşə yanğınları ilə bağlı vətəndaşlara çağırış
Azərbaycan yanğınsöndürənləri bir kəndi məhv olmaqdan xilas etdilər
Xəbər lenti
0