CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələdə yenə yanğın başlayıb, FHN helikopter göndərib

© Photo : Ministry of Emergency Situations of Azerbaijan RepublicŞimal bölgəsində meşəlik ərazidə yanğınların yayılmasının qarşısı alınıb
Şimal bölgəsində meşəlik ərazidə yanğınların yayılmasının qarşısı alınıb - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
BAKI, 11 avqust - Sputnik. Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan qurumun saytına istinadən bildirir ki, yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Qeyd edək ki, bazar günü, avqustun 8-də iki rayonun meşə ərazisində yanğın olub. Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb. 
Bir neçə gündür, ölkənin müxtəlif ərazilərində meşə sahələrində yanğınlar qeydə alınır. Avqustun 2-də Yardımlıda, 3-də Lənkəranda, 5-də Ağsuda yanğınlar başlayıb. Cənubdakı yanğınlar avqustun 5-də söndürülüb. Ağsudakı yanğın avqustun 6-da söndürülsə də, həmin gün axşam saatlarında yenidən başlayıb və Şamaxı rayonu ərazisinə də keçib.
Eləcə də oxuyun:
Ağsuda yanğın söndürülüb
Quba və Qəbələdə meşə ərazisində yanğın olub
Meşə yanğınları ilə bağlı vətəndaşlara çağırış
Xəbər lenti
0